Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıdan casus diplomatlar qovulur:Qriqoryan isə Tehranda təlimat alır - fars-erməni təxribatı?

Ermənistanın Təhlükəsizlik Şurasının katibi İranda həmkarı Əli Şamxani ilə görüşüb; son vaxtlar “ət-dırnaq” olmuş İran-Ermənistan tandemi bölgəni qarışdırır - rəy

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 9-da İranın paytaxtı Tehrana işgüzar səfərə gedib. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Səfər zamanı o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Yenixeber.org: Tərəflər regiondakı vəziyyəti müzakirə edib. Həmçinin iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivlərindən söz açılıb. A.Qriqoryanın Tehran səfəri hər şeydən öncə Azərbaycanla İran arasında münasibətlərin SSRİ dağılandan sonra ən kritik dönəminə, diplomatik əlaqələrin faktiki dayandığı dövrə təsadüf eləməsi ilə diqqət çəkir. Elə bir neçə gün öncə ilk dəfə olaraq İranın 4 diplomatı diplomata yaraşmayan fəaliyyətlə, casusluqla məşğul olduqlarına görə Azərbaycandan deportasiya edilib.

Gerçək belədir ki, son vaxtlar az qala, “ət-dırnaq” kimi olmuş, qardaşlığı hələ erməni işğalı dövrünə gedib çıxan İran-Ermənistan tandemi bölgəni qarışdırmaqla məşğuldur. Aydındır ki, bu qəbildən səfərlərdən, görüşlərdən, ümumiyyətlə, İran-İrəvan dostluğundan bölgəyə, özəlliklə də Azərbaycana heç bir fayda gözlənilmir. Çünki bu dost müttəfiqlik məhz üçüncü ölkəyə - Azərbaycana qarşı yönəlib, qardaş Türkiyə əleyhinə fəaliyyət qurulub. Maraqlıdır, Qriqoryanın səfəri hansı zərurətdən doğub və o, molla rejimindən hansı təlimatları alıb qayıdıb? Fars-erməni cütlüyü Azərbaycana yeni təxribat hazırlayırmı? Tərəflər arasında hərbi əməkdaşlıq, silah alveri (PUA-lar və s.) nə dərəcədə diqqət mərkəzində ola bilər? Çünki İran və Ermənistan yüksək çinli rəsmi şəxslərin hər belə qarşılıqlı səfərlərindən sonra İrəvan sülh danışıqlarında, Zəngəzur dəhlizi məsələsində daha destruktiv mövqe tutur, sərhəddə təxribatları artırır.

Arzuxan Əlizadə: ABŞ Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk  dünyasına qarşı çıxıb - "İki sahil"

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, İran-Ermənistan münasibətləri son hadisələr fonunda daha da yaxınlaşır. Partiya sədrinin fikrincə, hər iki tərəfdən istənilən an təxribat gözləmək olar: “Bunu heç vaxt istisna etmək olmaz. Çünki ilk növbədə İran Azərbaycanın müstəqilliyinin ilk vaxtlarından Ermənistanın ayaqda qalmasına kömək edib, sonrakı dövrdə də bu dəstəyini artırıb. Geridə qalan 30 ildə İran Ermənistana dəstəyini gücləndirməklə Azərbaycan əleyhinə bundan istifadə edib. İkinci Qarabağ müharibəsindən sonra Tehran-İrəvan əlaqələri daha da intensivləşib, səfərlər çoxalıb, qarşılıqlı dəstək ifadə etməyə başlayıblar. Bu mənada onların birgə təxribat törətmək ehtimalını da gözardı edə bilmərik”.

Tanınmış hərbi ekspert adını dəyişdi: Ruslan - Alp Arslan oldu!

Alparslan İmamqulu

Hərbi analitik Alparslan İmamqulu isə hesab edir ki, İran və Ermənistan proksi oyunçulardır və kukla kimi istifadə edilirlər. “Onlardan istifadə edən isə Rusiyadır. Rusiya Ermənistana silah verir, təhlükəsizlik şuraları arasında müqavilələr bağlanır. Təbii ki, bu təhlükəlidir. Azərbaycan şimaldan və cənubdan sıxışdırılmış kimi görünür. Belə vəziyyətdə Azərbaycan müttəfiqləri ilə əlaqələri gücləndirməlidir”, - deyə hərbi ekspert vurğulayıb. Onun sözlərinə görə, bura xüsusən Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi daxildir: “Eləcə də İsraillə əlaqələr möhkəmləndirilməlidir. Eləcə də aparıcı ərəb dövlətləri ilə münasibətlərə yenidən baxılmalıdır. Çünki İran Rusiya tərəfindən idarə olunan bir dövlətdir və bizi regionda sıxışdıra bilərlər. Eyni zamanda Azərbaycan Çinlə əlaqələri yaxşılaşdırmağa çalışır. Çünki Orta dəhliz layihəsi var və bu da bizə Rusiya və İranın təzyiqlərini qabaqlamaq üçün alternativ ola bilər”.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı 

Təhlilçi Asif Nərimanlı isə məsələyə başqa cür yanaşır: “Bayramovla Abdullahianın telefon danışığında kimin zəng etdiyi açıqlanmasa da təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur. Tehran Bakıya qarşı təzyiq siyasətini izləsə də, adekvat addımlar nəticə əldə edə bilmədiyini görür və loyal gediş edir. İkincisi, İbrahim Rəisi Ərdoğanla telefonla danışmışdı, görünür, Ankara Tehrana Bakı ilə bağlı "qırmızı xətt"lərini izah edib. Lakin əsas məsələ hələ də açıqdır: İran mövcud siyasətindən əl çəkəcəkmi? Tehranın regional siyasəti bu gözləntini zəiflədir. Bundan əvvəllər də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı. Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. O da istisna deyil ki, indi Azərbaycanda öz şəbəkəsinin neytrallaşdırılması prosesinin dayandırılmasını istəyən İran sonrakı mərhələdə “iğtişaşların yaradılması” planlarını da işə sala bilər".(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam