Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rza Zərrabın ortağının mülkiyyətinə həbs qoyuldu

 

    Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabınin İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncaninin bütün mülkiyyətinə həbs qoyulub.

     "xeberinfo.com" “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Məhkəmə Sisteminin rəis müavini İbrahim Rəisi açıqlama verib.
     Onun sözlərinə görə, B.Zəncaninin müəyyənləşdirilən mal varlığına həbs qoyularaq prokurorluğun nəzarəti altına alınıb: “Bu iş adamı ilə bağlı mövzu İran Neft Nazirliyinə olan borcu və bunun geri ödənməsi məsələsidir”.
     İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei isə bildirib ki, B.Zəncaninin ölkə daxilində və xaricində olan əmlakının siyahısını təqdim edib. “Bizim apardığımız ilkin araşdırmada iranlı iş adamının təqdim etdiyi siyahı onun borcunu qarşılaması üçün kifayətdir”.
     Qeyd edək ki, B. Zəncani dekabrın 30-da həbsə alınıb.  Tanınmış milyarder hazırda Tehranın Evin həbsxanasında təkadamlıq kamerada saxlanılır. Onun İran Neft Nazirliyinə 2.6 milyard avro borcu olduğu bildirilir. İran Mərkəzi Bankı B.Zəncaninin İran Neft Nazirliyinə borcunu ödədiyini göstərən sənədlərin saxta olduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam