Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rza Zərrab səfirə sui-qəsd planında şübhəli bilinir

 

 

Türkiyədə rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan iş adamı Rza Zərrabın Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl Cubeyrə qarşı planlaşdırılan sui-qəsd planında iştirak etməsi araşdırılır. 

    “xeberinfo.com” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2011-ci ildə səfirə sui-qəsd planlaşdırdığı iddia edilərək həbs olunan İran əsilli ABŞ vətəndaşı Mansur Arbabsiara Zərrab tərəfindən 1,5 milyon dollar ödənildiyi iddia edilir. Sui-qəsd planının üstünü açan Federal Təhlükəsizlik Bürosu Arbabsiarı həbs etdikdən sonra qətlin sifarişçisi kimi “Qüds gücləri”ndə xidmət edən Gholam Shakurinin adı hallanır, lakin o, gizlənməyi bacarır. 
    Arbabsiarının bağlantılarını araşdıran FBİ İstanbulda fəaliyyət göstərən “Azra İdxalat İxracat Ticarət Limited Şirkəti” ilə “Hacer Mücevherat ve Kuyumculuk Turizm” firnalarından sui-qəsd planından öncə Arbabsiarın hesabına küllü miqdarda pul köçürüldüyü müəyyənləşdirib.
    Sözügedən “Hacer Mücevherat” şirkətinin qurucu ortaqları arasında isə Zərrabla birgə həbs olunan Abdulla Happaninin qohumu Əbdülqədir Happaninin olduğu məlum olur. ABŞ səlahiyyətliləri tərəfindən Zərrabın dükanlarında aparılan araşdırma zamanı onun adamlarından birində Əbdülqədir Happaniyə aid telefon nömrəsi aşkar edilir. 
Eyni zamanda Türkiyə-İran arasında qeyri-qanuni yollarla yüksək miqdarda pul transferi həyata keçirdiyi, Türkiyəyə gətirdiyi pulların İran prezidenti olan Əhmədinejatın sağ qolu İsfəndiyar Rahim Meşaiyə aid olduğu, Meşainin Zərrab və Ebru Gündeşin İrana səfərləri zamanı onları xüsusi qonaq etdikləri məlum olub”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam