Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İran Türkiyəni Rza Zərrab dosyesi ilə şantaj edib, qazı baha satır

 

Türkiyə azərbaycanlı iş adamı Rza Zərraba görə ən bahalı qazı İrandan alırmış.


"Xeberinfo.com": Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin “Taraf” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, ötən il dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiyaya qarşı əməliyyatlar Türkiyəyə ciddi zərər vurub. Belə ki, bir çox ölkələr mərkəzində İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın dayandığı korrupsiya dosyelərindən Türkiyə hökumətinə qarşı istifadə edir. Məlumata görə, bu ölkələrin başında İran durur.
Məlum olduğu kimi, Türkiyədə həyata keçirilən 17 dekabr “Böyük rüşvət əməliyyatları” zamanı bir neçə nazir oğlu və polis əməkdaşları ilə birgə Rza Zərrab da saxlanılmışdı. Məlum olmuşdu ki, Rza Zərrab İrana məxsus yüz milyardlarla dollar pulun Türkiyə üzərindən leqallaşdırılmasını həyata keçirib, İranın satdığı neftin puluna tonlarla qızılın alınmasını və daşınmasını təşkil edib.
17 dekabr əməliyyatlarının ardınca İranda da Rza Zərrabın bağlı olduğu şəbəkə ilə bağlı istintaq başladıldı. İstintaq üzə çıxarmışdı ki, İran neftinin satışından əldə edilən 200 milyard dollar büdcəyə köçürülməyib.
     Qəzetin yazdığına görə, İran kəşfiyyatçıları bu araşdırmalar zamanı Türkiyəni çətin vəziyyətə salacaq məlumatlar əldə edib. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən əldə olunan məlumata görə, İran əldə etdiyi bu sənədlər hesabına Türkiyə ilə “bazarlıq” edib. 
    Belə ki, İran bu sənədlərlə Türkiyəni şantaj edərək ötən illərdə təbii qazın İran tərəfindən baha satılması ilə bağlı Türkiyənin məhkəməyə etdiyi müraciətin geri götürülməsini tələb edib. Lakin Türkiyə bununla bağlı qərarını hələlik açıqlamayıb.
       Xəbərə görə, hazırda İranla Türkiyə arasında sənədlərin geri qaytarılması istiqamətində danışıqlar aparılır. Bildirilir ki, İran Rza Zərrabla bağlı əldə etdiyi sənədlərdən şantaj kimi istifadə edərək Türkiyəyə qazı digər ölkələrdən baha satır. 
    Türkiyə 2013-cü ilin sonundan (dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə bağlı əməliyyatların keçirilməsindən sonra-red.) etibarən İrandan qazın min kubmetrini 492, Rusiyadan 424, Azərbaycandan isə 321 dollara alırmış.
   İranın bu tələbi və şərti Türkiyə hökumətini çətin vəziyyətə salıb. İran hökuməti yoxa çıxan 200 milyard dollarını bir neçə ölkədə axtarır. Bu ölkələr arasında ilk sıralarda Türkiyə durur.
   Qeyd edək ki, Rza Zərrabın ortağı, iranlı milyarder Babək Zəncani keçən il dekabrın 30-da korrupsiya və qaçaqmalçılıq, saxta sənədlər hazırlamaqda təqsirli bilinərək həbs edilmişdi. 
     Onun İran dövlətinə 2 milyard 350 milyon avro zərər vurduğu bildirilirdi. İran hökuməti dövlət büdcəsindən yoxa çıxan pulların bir hissəsinin də Rza Zərrab vasitəsilə ölkədən çıxarıldığını iddia edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam