Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Araik Bakıya tabe olmaq istəyən erməniləri qorxudur

Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilər parçalanmış durumda; baş terrorçu erməniləri şantaj edir, yoxsa...

Yenixeber.org: Qarabağ separatçılarının lideri Araik Arutyunyan rəsmi Bakıdan xəbərdarlıq aldıqlarını təsdiqləyib. “Azərbaycan bildirib ki, Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və daha sərt və daha kəskin addımlar atılacaq” - baş separatçı deyib.

Xankəndidəki cinayətkar rejimin başçısı ardınca bildirib ki, bu mesajı Azərbaycan tərəfi öz kanalları vasitəsilə onlara verib: “Ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaq”. Araik Arutyunyan iddia edib ki, Qarabağ ermənilərinin əksəriyyəti “müstəqil yaşamaq” ideyasından geri çəkilmək niyyətində deyil. Bununla belə, Arutyunyan Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasına da işarə edib: “Bu isə o deməkdir ki, yaxın gələcəkdə bizdə öhdəsindən gəlməli olacağımız müxtəlif hadisələr baş verəcək. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, "biz düzgün yol seçməmişik". Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb Qarabağda yeni hökumət təşkil etsinlər. Lakin biz mübarizə yolu seçdiyimizdən, bizim qərarımıza hörmətlə yanaşsınlar və buna daxili siyasi rəng verməsinlər". Beləliklə, bu açıqlamadan sonra aydın görünür ki, Qarabağ erməniləri arasında Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəyənlər var. Xüsusən də martın 5-də Qarabağda məlum insidentdən sonra ermənilər başqa çıxış yollarının olmadığını daha dəqiq görürlər. Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants da başqa çıxış yolunun olmadığını qeyd edir: “İndi Qarabağın "müstəqilliyi" real deyil, indi o gündəmə xidmət etmək olmaz. Bu yaxınlara qədər Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmindən danışılırdı. İndi onlar beynəlxalq səviyyədə görünən mexanizmə çox rəvan keçid ediblər ki, bu da tamamilə fərqli bir şey deməkdir. Qorxuram ki, ayrılıq olarsa, Xankəndi-Bakı dialoqunda beynəlxalq mexanizm işləməz, biz daha çox imitasiya ilə məşğul olarıq. Artıq bunun əlamətləri var. Azərbaycanlı deputat Ramin Məmmədov Qarabağ erməniləri ilə görüşür. Həmin görüşlər texniki və ya humanitar məsələlərlə bağlıdır, lakin bu, Bakıya onların Xankəndi ilə reinteqrasiya mövzusunda dialoq apardığını fəal şəkildə təbliğ etməyə mane olmur. Bu faktdır ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar da bu prosesi alqışlayır".

Rusiyanın “Vestnik Kavkaza” nəşri də yazır ki, ermənilərin inteqrasiyadan başqa çıxış yolu yoxdur: “İndi Rusiyada da, Avropada da, ABŞ-da da bilirlər ki, Paşinyan İrəvanın Cənubi Qafqazda sülhə nail olmaq istədiyini, Bakının isə maneələr yaratdığını deyəndə bütün vasitəçilər qarşısında yalan danışıb. Əslində Ermənistan hakimiyyəti Qarabağ separatçılarını silahlandırır, onları yeni müharibəyə hazırlayır. Plan Azərbaycanı genişmiqyaslı əməliyyata təhrik etmək və ora da "müşahidəçilər" gətirməkdir ki, onlar İrəvan üçün əlverişli olan məlumatları qeydə alsınlar. Bu sadə məntiqi başa düşən Bakı təxribatlara adekvat cavablar verəcək ki, Paşinyan dünya ictimaiyyətinin diqqətini aydın faktdan yayındıra bilməsin". Göründüyü kimi, Qarabağ erməniləri "haça-paça" vəziyyətindədir və Araik Azərbaycanla barışığa, birgəyaşayışa meylli olanları sətiraltı qorxudur, onları o zaman gəlib yeni hökumət qurun seçimi qarşısında qoyur. Perspektiv necədir? Qarabağ erməniləri Bakıya inteqrasiyaya hazırlanır, şantaj edilir, yoxsa... Separatçılar parçalana bilərmi birgəyaşayış məsələsində?

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, əslində hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilər çoxdan parçalanıblar: “44 günlük müharibədən öncə birgəyaşayışla bağlı, xüsusilə də xaricdə yaşayan bəzi Qarabağ erməniləri tərəfindən ehtiyatlı fikirlər səsləndirilsə də, Azərbaycan Ordusunun zəfərindən sonra bu qəbildən olan mülahizələr daha qabarıq şəkildə nəzərə çarpmağa başladı. Hazırda Qarabağda yaşayan ermənilərin mütləq çoxluğunu reinteqrasiya ilə bağlı pozitiv mövqe nümayiş etdirməkdən və bu istiqamətdə irəli sürülən təşəbbüslərdən çəkindirən Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan qanunsuz erməni hərbi birləşmələrinin və onları idarə edən aqressiv separatçıların təzyiqləridir. Həmin qanunsuz hərbi qruplar ərazidən çıxarılacaqlarına, yaxud zərərsizləşdiriləcəkləri təqdirdə, reinteqrasiya prosesinin sürətlə gedəcəyinə əminəm. Ermənistan, erməni diasporu və onları istiqamətləndirən qütblər məhz bu səbəbdən qanunsuz hərbi qruplaşmaların Azərbaycan ərazilərindən çıxarılmasında maraqlı deyillər və onların mümkün qədər güclənməsinə çalışırlar. Qarabağdakı qanunsuz hərbi birləşmələr orada Azərbaycanın mərkəzi hakimiyyət orqanlarına, ordusuna görə deyil, erməni əhalini təzyiq altında saxlamaq və reinteqrasiya prosesinə mane olmaq üçün saxlanılır”. E.Mirzəbəyli qeyd etdi ki, separatçıbaşı Araikin hikkəli açıqlamalarının təməlində də bu amil, həmçinin qorxu faktoru dayanır: “Araik də, onu idarə edənlər də çox yaxşı başa düşürlər ki, Azərbaycanın bir neçə saatlıq antiterror əməliyyatı qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi üçün yetərlidir. Xarici qüvvələrin əraziyə cəlb edilməsi istiqamətində göstərilən cəhdlər də belə bir mümkün əməliyyatın qarşısını almaq üçündür. Yəni istər Nikol Paşinyanın, istər separatçıların, istərsə də onların xarici dəstəkçilərinin məqsədi Azərbaycan ərazisinə beynəlxalq müşahidiçilərin gətirilməsi üçün ən müxtəlif təxribatlara, yalan və böhtanlara əl atmalarının əsas səbəbi beynəlxalq müşahidəçilərdən qanunsuz hərbi birləşmələrin, separatçıların üzərində qoruyucu "çətir" kimi istifadə etməkdən, mümkün antiterror əməliyyatına mane olmaqdan və təbii ki, erməni əhalini təzyiq altında saxlayaraq, reinteqrasiya prosesinə mane olmaqdan ibarətdir. Azərbaycan dövləti də bütün bunların fərqindədir və reinteqrasiya prosesinin qarşısını almağa çalışan qüvvələrin neytrallaşdırılması üçün prinsipial, qətiyyətli və təbii ki, ən incə detallarına kimi hesablanmış bir siyasət yürüdür".

Hərbi ekspert Üzeyir Cəfərov: "Qisas alınmalıdır!" » Xeberfakt.az

Üzeyir Cəfərov 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov dedi ki, son günlər Ermənistanın və ona havadarlıq edən qüvvələrin sülh əvəzinə vəziyyəti daha da gərginləşmək addımları göz önündədir: “Bunun nə qədər davam etməsini də demək çətindir. Ancaq görünən odur ki, başda Nikol Paşinyanın özü olmaqla, vəziyyətin daha da gərginləşməsinə, separatçıların daha da möhkəmlənməsinə, bölgədə yenə qan axıdılmasına çalışan xeyli tərəflər mövcuddur. Elə separatçıların bölgədən çıxması əvəzinə onlara müxtəlif yollarla silah-sursat gətirilməsi ondan xəbər verir ki, yenə bu gücləri başa salmaq üçün Azərbaycan əsgərləri güc işlətməyə məcbur olacaqlar”. Ü.Cəfərov hesab edir ki, Paşinyan öz yalanlarını davam etdirəcək və biz yenə vaxt itkisinə məruz qalacağıq: “Ötən ilin sonlarında guya sülh müqaviləsinin, sərhədlərin tanınması proseslərini həyata keçirməyə söz verən erməni siyasi rəhbərliyi əməldə hansı yaramazlıqları həyata keçirir, artıq bunu heç gizlətmirlər də. Rəsmi Bakı həm XİN, həm də Müdafə Nazirliyi vasitəsilə lazım olan açıqlamaları verib və bunun davamını da gətirmək lazımdır. Əks təqdirdə, düşmən mövqeyində qalmaqda davam edən Ermənistan bundan sonra da daha da şirniklənəcək və bizə lazımsız problemlər yaşadacaq”. Polkovnik hesab edir ki, biz vaxt itkisinə yol verməməliyik: “Rusiya sülhməramlısı adı altında olan silahlı cinayətkar dəstələr də öz çirkin və məqsədyönlü hərəkətlərindən al çəkməlidirlər. Onların konkret vəzifə səlahiyyətləri və xidmət dairəsi var. Onlar hər bir yaramazlıqları həyata keçirirlər, əsas işlərindən başqa... Buna isə qəti surətdə son qoyulmalıdır!”

Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivi var"-Tural İsmayılov

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bu mövzu ilə bağlı aşağıdakıları söylədi:  “Əvvəla, burada çox incə bir məqama xüsusi diqqət edək: bu günə qədər Araik də daxil olmaqla, bütün separatçı tulalar ancaq "müstəqillik"dən dəm vururdular. Faşist əhval-ruhiyyəsini qızışdıran etnik separatçıların sonuncu fikirləri, sadəcə olaraq, çarəsizlikdən doğur. Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyik hüquqları bərpa edilməlidir. Bunun başqa yolu da mümkün deyil. Ermənistan və havadarları da görür ki, Azərbaycanın geopolitik mövqeləri də xeyli irəliləyib. Rəsmi Bakı coğrafiyaları aşan qlobal səviyyəli siyasi oyunçudur. Xankəndidəki separatçılığın artıq heç bir mahiyyəti yoxdur və olmayıb da. Ermənilər də fərqindədir ki, oradakı separatçılıq sadə erməniləri imperializmin oyuncağını çevirir". T.İsmayılov bildirdi ki, Qarabağ erməniləri Azərbaycana inteqrasiya etməlidir, başqa yol qalmayıb: “Araik və bölücülər də bilirlər ki, Azərbaycanla "mübarizə", xarici güclərin maşası olmaq da bir yerə qədər idi. İndi artıq qərar qəbul etmək zamanıdır. Separatçılar arasında da ciddi qarşıdurmalar var. Azərbaycanın Vardanyanı Xankəndidən rədd etməsindən sonra bu haçalanma prosesi daha sürətli davam edir. Xankəndidə Azərbaycan yurisdiksiyası çox yaxında tam bərqərar olacaq".“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam