Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

"Ermənilərlə görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ölkə başçımızın siyasəti sayəsində baş tutur"

 

"Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Vardanyanla bağlı tələbini səsləndirəndən sonra Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə təmasların qurulması ilə bağlı məsələ də reallaşır. Ölkə başçımız Qarabağda yaşayan erməni əsilli əhalinin vətəndaşlarımız olduğunu dəfələlə bəyan edib. Bu gün Xocalıda baş tutmuş görüşdə də erməni əsilli vətəndaşlarımızın ölkəmizə inteqrasiyası məsələləri müzakirə olunduğunu hesab edirəm".

Yenixeber.org:  Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

"Görüş barəsində verilən məlumatlara görə növbəti görüşlər Azərbaycanın digər şəhərlərində baş tuta bilər. Yəni uzun illər aralarında düşmənçilik baş vermiş ermənilərin inteqrasiyası üçün belə görüşlər çox təşkil olunmalı və beləliklə normallaşma prosesi başlayacaq. Bu görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ancaq ölkə başçımızın siyasəti sayəsində baş tutur. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi də ikitərəfli görüşlərdə müzakirələr keçirməklə reallaşacaq", - deputat vurğulayıb.

 

O əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərin normallaşdırılması prosesinə xarici tərəfdaşların ilk baxışdan töhfə verdiyini görünsə də, reallıqda heç bir effektivliyi yoxdur:

"Hesab edirəm ki, Ermənistanla münasibətlərin normallaşması prosesi də tezliklə başlanacaq və 2023-cü il regiona sülh və sabitlik gələcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam