Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lavrov Laçın dəhlizi üçün gəlir? -Rusiya Xarici İşlər nazirinin Bakı səfəri bir çox qaranlıq məsələlərə aydınlıq gətirəcək

Yenixeber.org: Məlum olduğu kimi, şənbə günü İstanbulda Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında qapalı danışıqlar olub. 

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.

Həmin gün axşam saatlarında İlham Əliyev Bakıya qayıdıb.

Maraqlıdır ki, prezidentlər Ermənistanla münasibətlər, Qarabağ və Laçın dəhlizi məsələləri kontekstində konkret nədən danışa bilərlər?

Əliyev bir neçə gün öncə keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Nikol Paşinyanla birbaşa danışmaq imkanı əldə etdi. Azərbaycan tərəfi orada Ermənistan-Azərbaycan sərhədində, konkret olaraq Laçın dəhlizinin girişində sərhəd-gömrük postunun yaradılması məsələsini qoyub. Konfransdan bir neçə gün sonra Moskvanın Qarabağa göndərdiyi “dövlət naziri” Ruben Vardanyan separatçı hökumətdəki yerini itirdi. Və bundan dərhal sonra Bakı ilə separatçılar arasında sönməkdə olan dialoq sanki yenidən bərpa olundu.

Azərbaycanın həm Qarabağdakı separatçılarla, həm də Ermənistanla həddən çox problemləri qalmaqdadır. Bu arada, çoxlarının da qeyd etdiyi kimi, Türkiyədəki vəziyyət köklü şəkildə dəyişib. Bütün bu müddət ərzində Bakının bölgədəki tələblərinin çox mühüm dəstəkçisi kimi çıxış edən Ərdoğan hökuməti dəhşətli zəlzələ nəticəsində tamamilə dağılmış şəhərləri bərpa etmək üçün milyardlarla dollar kredit axtarmağa məcburdur. Qarşıdan gələn prezident və parlament seçkilərində qalib gəlmək üçün isə Ərdoğan və komandasından böyük güc tələb olunacaq. Bütün bunlar Türkiyənin dəstəyini qismən zəiflədə bilər. Şübhəsiz ki, belə bir şey baş versə, bu zaman Rusiya və Ermənistan vəziyyətdən öz maraqları naminə yararlanmaq şansını əldən verməyəcəklər. Bəs yaxın aylarda regionumuzdakı vəziyyətin Azərbaycanın əleyhinə dəyişə biləcəyini düşünmək nə qədər doğrudur?

Suallarımızı politoloq, təhlükəsizlik eksperti İlham İsmayıl cavablandırıb.

O, ilk növbədə qeyd edib ki, tarixdə şəxsiyyətin rolu sübut olunmuş amildir. Bəzi şəxslər təkcə öz ölkələrinin deyil, qlobal miqyasda, bəşəriyyət səviyyəsində inkişafda mühüm rol oynayıblar.

“Türkiyə prezidenti Ərdoğan təkcə öz ölkəsinin deyil, bütün türk dövlətlərinin, xüsusən də Azərbaycanın maraqlarını nəzərə alan liderdir. Seçkilər ərəfəsində Türkiyədə baş verən zəlzələnin ağır nəticələri səbəbindən Ərdoğanın diqqətinin ölkədaxili məsələlərə yönələcəyi təbiidir. Lakin bu, Azərbaycanın diqqətdən kənarda qalması demək deyil. Böyük dövlət siyasətində fors-major vəziyyəti strateji hədəfi arxa plana keçirmir. Həyat və siyasət davam edir.

Bu günlərdə Ərdoğanla Putin arasında telefon danışığı, ardınca İlham Əliyevlə Ərdoğanın qısa da olsa görüşü sübut edir ki, regionda müəyyən dəyişikliklər gözlənilir və bu, daha çox Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır. Bağlı qapılar arxasında danışılanların təfərrüatı məlum olmasa da, Sergey Lavrovun Bakıya səfəri zamanı konkret razılıqların əldə olunacağı gözlənilir və bu, böyük ehtimalla Laçın yolunda keçid-buraxılış məntəqəsinin yaradılması ilə bağlı ola bilər.

Rəsmi Bakı ilə separatçılar arasında enerji təchizatı ilə bağlı keçirilən danışıqlar Azərbaycan tərəfindən düzgün addımdır. Xankəndi erməniləri başa düşməlidirlər ki, onların normal həyat tərzi Azərbaycandan asılıdır. Azərbaycan və Ermənistan arasında danışıqların martda bərpa olunacağı gözlənilir. Düşünürəm ki, Ərdoğanın Putinlə, daha sonra İlham Əliyevlə görüşünün və Lavrovun Bakıya səfərinin nəticələri tezliklə bəlli olacaq”, – deyə İsmayıl yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam