Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qoşulmama Hərəkatında Azərbaycana qarşı təxribat -Azlıqda olan üç azğın ölkə...

 

Hindistan və Suriya da Tehrandakı səfirliyimizə qarşı hücumu pisləyən bəyanatın qarşısını almaqla öz mahiyyətini bir daha göstərmiş oldu

Yenixeber.org: İran, Hindistan və Suriya Qoşulmama Hərəkatının yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun pislənməsi haqqında çağırışın yer aldığı sənədi qəbul etməsinə mane olub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.

“İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub”.

“İran tərəfi, bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub”, - deyə Azərbaycan XİN-in məlumatında qeyd olunur.

Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrdə baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib. 

Azərbaycan XİN İran tərəfinin bu təxribatçı addımını pisləyir.

“Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək”, -eyə Azərbaycan XİN-in press-relizində bildirilir.

Hər üç ölkə erməni məsələsində də anti-Azərbaycan mövqeyi tuturdu, indi də bu siyasəti davam etdirdilər. Azlıqda olan azğınların ölkəsində  terror adi hadisədir. Məsələn, iki gün əvvəl  Hindistanın şərqindəki Odişa əyalətinin səhiyyə naziri Naba Kişore Das terror nəticəsində öldürülüb. Suriya terrorun tüğyan etdiyi ölkələr sırasındadır. İran isə terroru maliyyələşdirən ölkə kimi tanınır. O səbəbdən bu üçlük Tehrandakı səfirliyimizə qarşı hücumu pisləyən bəyanatın qarşısını almaqla öz dövlət prinsiplərini bir daha göstərmiş oldu.

Cəza alan deputat Bəhruz Məhərrəmov açıqlama yaydı

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, hər üç ölkəyə qarşı sanksiyalar üzərində düşünmək lazımdır: “Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı həyata keçirilmiş və birbaşa Tehranın məsuliyyət daşıdığı terror hücumu 100-ə yaxın ölkə və beynəlxalq təşkilat tərəfindən pislənib və təqsirkarların cəzalandırılmasının zəruriliyi bəyan edilib. İlk növbədə, ona görə ki, baş verənlər 1946-cı il BMT, 1961 və 1963-cü illər Vyana, habelə 1973-cü il "Diplomatların müdafiəsi haqqında" konvensiyalara, yəni bütövlükdə beynəlxalq hüquqa ziddir və bütövlükdə hər bir ölkə üçün təhdiddir. Azərbaycan da məhz beynəlxalq hüququ rəhbər tutaraq terror aktının pislənməsi və bu istiqamətdə birgə mübarizə tədbirlərinin zəruriliyini diqqətə çatdırmaq məqsədilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə kommünike və bəyanat layihələri təqdim edib.

Ərazisində baş verən beynəlxalq cinayətin nəticələrinin araşdırılmasında maraqlı olmalı olan İran əslində bu müraciətə üzərindəki “terror dövləti” ləkəsini silmək üçün fürsət kimi baxmalı, baş verən çirkin hadisəni ilk növbədə bütün beynəlxalq platformada özü pisləməli idi.  Amma Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da ifadə olunduğu kimi, İran qərarların konsensusla qəbul edilməsi prosedurundan yararlanaraq Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu və AQEM-də terroru pisləyən kommünike və bəyanat layihələrinə etiraz edərək bu sənədlərin qəbuluna mane olub. Yəni dolayısı ilə İran terror dövləti olduğunu, Tehrandakı səfirliyimizə hücumun da məhz dövlət səviyyəsində təşkil olunduğunu göstərmiş oldu. Bildiyiniz kimi, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə yalnız Suriya və Hindistan dəstək verib və bu, əslində bizim üçün təəccüblü olmamalıdır.

Hindistanın özünün işğala, təcavüzə və separatizmə açıq dəstək verən dövlət olduğuna ən azı Vətən müharibəsi zamanı və postmüharibə dövründə dəfələrlə şahidi olmuşuq. Öz ərazisində isə Hindistan müsəlmanlara qarşı ən kəskin formada ayrı-seçkilik və təqib, o cümlədən terror cinayətləri həyata keçirən dövlətdir. Qoşulmama Hərəkatı və AQEM-dəki davranışla da Dehli əslində özünün dövlət siyasətinə sadiq qalıb. Suriya isə bu gün dünyada ən çox terror qruplaşmalarına ev sahibliyi edən, terror ixracatçısı ölkə və bütövlükdə Yaxın Şərqdə stabillik üçün əsas təhdidlərdən biri, İranın isə ən yaxın terror ortağıdır. Bu mənada Hindistan və Suriyanın Tehranın terror xislətinə dəstək verməsi gözlənilən olsa da, üçlüyün cari davranışı eyni zamanda beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır. Hər bir beynəlxalq subyekt anlamalıdır ki, İran, Suriya və Hindistanda yerləşən bütün diplomatik missiyalar hücum təhdid altındadır və mümkün terrora da elə birbaşa həmin dövlətlər özləri rəvac verə bilərlər. Bu mənada hər üç dövlətin terror hadisəsini ört-basdır etmək cəhdlərini pisləməli, Tehran, Dehli və Dəməşqə qarşı sanksiya və əlavə preventiv  tədbirlərin tətbiqi mexanizmləri araşdırılmalıdır".

Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural  Abbaslıdır”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli burada təəccüblü heç nə görmür: “Fikir verin, özünü İslam respublikası sayan İran müsəlman ölkələri ilə düşmənçilik edən dövlətlərlə dostluq edir. Ermənistan Azərbaycanla düşməndir, İran ermənilərlə müttəfiqlik edir. Hindistan Pakistanla qarşıdurmadadır, İran Dehli ilə ittifaq edir. Yunanıstan Türkiyə ilə rəqabətdədir, İran Afinanın yanındadır. Ortaya haqlı olaraq sual çıxır ki, bu nə cür İslam respublikasıdır? Suriyaya gəldikdə isə bu ölkə dağılmış vəziyyətdədir. Suriya ərəb dünyasında Livandan sonra ermənilərlə ən yaxınlıq edən ölkədir. Suriyada güclü erməni lobbisi var. Suriyalı ermənilər livanlı ermənilər kimi Azərbaycana qarşı hər iki Qarabağ müharibəsində vuruşublar. Suriya həm də Rusiya və İranın müştərək satellitidir. Rəsmi Dəməşq demək ərazisinin 1/3-nə nəzarət etmir. Qardaş Türkiyə Suriya ərazisində məskunlaşmış terror qruplaşmaları və rejim ordusuna qarşı hərbi əməliyyatlar keçirir. Hindistan isə təkcə Pakistana deyil, həm də müsəlman vətəndaşlarına düşmən kəsilmiş ölkədir. İndi görün özünü İslam respublikası kimi qələmə verən İran kimlərlə Azərbaycan və digər müsəlman ölkələrinə qarşı dostluq edir. Qoşulmama Hərəkatında 120 ölkədən cəmi 3-nün Azərbaycanın Tehrandakı terror aktını pisləyən çağırışına qarşı çıxması əslində İranın bitərəf meydanda da böyük diplomatik uğursuzluqudur. Qoşulmama Hərəkatında da Azərbaycan möhkəmlənməlidir ki, bizə qarşı çıxan bu 3 ölkə gələcəkdə bizə bitərəflər məkanı olan Qoşulmama Hərəkatında da maneələr törədə bilməsin”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu üç ölkənin mövqeyini ciddi qəbul etməsə də, arxayınlaşmağın tərəfdarı deyil: “XİN-in bəyanatından iki məqam açıq görünür. Birincisi, Tehran terrorundan sonra Azərbaycan və İran arasında "diplomatik müharibə" başlayıb. Tehran Bakıya qarşı diplomatik cəbhə açır. Yəni bundan sonra digər beynəlxalq platformalarda da Bakı-Tehran diplomatik “müharibəsi” davam edəcək. İkincisi isə konkret bəyanatın özü ilə bağlıdır. Məlum olduğu kimi, Qoşulmama Hərəkatında 125 ölkə var, bunlardan yalnız 2-si İranı dəstəkləyib. Suriya ilə bağlı vəziyyət aydındır, Dəməşq hazırda xarici siyasətdə İran və Rusiyadan asılıdır. Ona görə də Suriya hakimiyyətinin bu cür addım atmasına təəccüblənmək lazım deyil. Hindistanla da vəziyyət aşağı-yuxarı eynidir. Hindistan Ermənistanı açıq şəkildə dəstəkləyən, silahlandıran, Azərbaycana qarşı düşmənçilik siyasəti aparan dövlətdir. 125 ölkə içərisində cəmisi üç ölkə o qədər də ciddi rəqəm deyil. Digər 100-dən çox ölkənin Bakını dəstəkləməsi yaxşı haldır. Ancaq arxayınlaşmaq olmaz, nəzərə almaq lazımdır ki, İran digər beynəlxalq platformalarda da çox fəaldır, Azərbaycana qarşı diplomatik hücumlar təşkil etməyə cəhd edə bilər, ya da edir. İran beynəlxalq təcriddə olsa da, bu ölkənin çevik və geniş əlaqələrə malik diplomatiyası var. Hazırkı situasiyada Azərbaycan açıq-aşkar haqlı tərəfdir, buna görə də İran diplomatiyasının Bakıya qarşı Qoşulmama Hərəkatındakı cəhdi uğursuzluğa düçar olub. Lakin dediyim kimi, arxayınlaşmaq olmaz, nəzərə almaq lazımdır ki, Qarabağ müharibəsindən sonra beynəlxalq arenada Azərbaycanı sevməyənlər özlərini büruzə verirlər. Buna görə də beynəlxalq platformalarda daha ciddi iş aparmağa, dost və tərəfdaşların sayını artırmağa, bir sözlə, aktiv diplomatiyaya zərurət var". “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam