Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"“Test üsulu" bizim təhsil sahəsindəki uğursuzluq abidəsidir"

 

"Azərbaycan müstəqilliyini yenidən elan etdikdən sonra tətbiq edilən test üsulu təhsil sahəsində ən böyük “nailiyyətimiz” hesab edilir. Mən isə sübut edərəm ki, 1992-ci ildən bu yana keçirilən və təriflənən test üsulu bizim təhsil sahəsindəki uğursuzluğumuzun abidəsidir”. 

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, filosof Müşfiq Şükürov bildirib. Alim fikirlərini bu cür əsaslandırıb:

“Çünki istənilən təhsil sisteminin uğuru iki insanın formalaşması ilə bağlıdır: müəllimin və tələbənin. Bu ikisini hələ də tam görə bilmirik. Niyə? Çünki bu test üsuluna biz ona görə keçdik ki, azərbaycanlı müəllimlərə və tələbələrə “qurd düşmüşdü”. Az maaşla savadına layiq sosial prestiji əldə edə bilməyən ali məktəb müəllimlərinin 90 faizi hökmən rüşvət alacaq və balları daha çox bilənin deyil, daha çox  “verənin” xeyrinə bölüşdürəcəkdi.

Eləcə, yalan, tapşırıq, yerlibazlıq və qohumbazlıqla nəfəs alan Azərbaycan cəmiyyətinin tələbəsi də oxuyaraq bilik almaq əvəzinə, qiymətləri və diplomu pulla almağı tərcih edəcəkdi. Bilik onun nəyinə lazım idi? Sabah işə düzələndə lazım olacaqdı? Hardasa ola bilər, amma bizdə yaxşı işə düzəlmək üçün bilik ən axırıncı tələb olunan keyfiyyətdir”.

O, mənfi tərəfləri, problemi qabartsa da, son bir neçə ildə biliyə münasibətin müsbət istiqamətdə dəyişməsini də qeyd edib. Amma yenə də böyük supermarketdə çalışan xadimənin alimdən çox maaş aldığını da qeyd edib:

“Vəziyyət ötən iki onillikdə azca dəyişib. Cəmiyyətimiz bilik adamını bir azca qiymətləndirməyə başlayıb. Cəmiyyətin sadə tərəfini nəzərdə tuturam. Yaxşı supermarketdə işləyən xadimənin maaşı dosentin, professorun maaşından yüksəkdir. Ona görə də test üsulu təkcə qəbulda qalmaqla kifayətlənmədi, bəzi ali məktəblərin semestr imtahanlarına da sirayət elədi və bu ildən akademiyanın doktoranturasında da tətbiq ediləcək. Başa düşürsünüz? Ötən 25 ildə biz vicdanlı, öz işinə hörmət edən, öz rəyini ucuz rüşvətə satmayacaq müəllim yetişdirə bilmədik. Eyni zamanda, müsabiqəni tapşırıq və rüşvətlə udmağı namusuna sığışdırmayacaq tələbə yetişdirə bilmədik”. 

Müşfiq Şükürov test üsulunun başqa mənfi cəhətlərini bu cürə izah edir:

“Uğurlu dostlarım hərdən xarici universitetlərə bir neçə aylıq praktikaya gedirlər. Bu gün birisi ilə söhbət elədim. Ondan soruşdum: “Necədir orda təhsil? Biz nə etməliyik ki, onlar kimi olaq?”. Dedi ki, bizdə hər şey tərsinədir. Onlarda ən böyük villalarda professorlar yaşayır. Söhbətin qalanı aydın idi. Təhsil sistemi bilik adamının prestijini qaldırmayınca, bizim sistem rüşvətdən qorunmaq vasitələri üzrə ixtisaslaşacaq. Bu “ixtisaslaşmaya” mən test üsulu deyirəm və bu bizim təhsil sahəsindəki uğursuzluğumuza abidədir.

İş o yerə çatıb ki, universitetlərdə nazirliyin tövsiyəsi ilə illərlədir eybəcər bir praktika tətbiq olunur. Müəllim qiymət verdiyi tələbəsini imtahanda “tanımır”.

Onun qarşısına kodlaşmış vərəqələr gətirirlər. Çünki müəllim tələbənin kim olduğunu bilsə, dərhal rüşvət alacaq. Yazıq bu millətə. Bu sistem bu millətin etirafıdır ki, biz oğruyuq. 1992-ci ildən bu yana hələ də oğruyuq”. <p"> 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam