Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Nə qədər ki, Rusiya sülhməramlıları var, sülh olmayacaq” -Tomas De Vaal

“Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə heç bir sülhün mümkün olmadığı haqqında rəy var. Hamı düşünür ki, 2025-ci ildə sülhməramlıların missiyası başa çatana qədər sülh əldə olunmayacaq”.

Yenixeber.org: Bu sözləri “Turan”a açıqlamasında Britaniyalı ekspert Tomas De Vaal deyib. 

Onun sözlərinə görə, Ukraynadakı müharibədən sonra heç kim Rusiyadan razı deyil: “Azərbaycanda da, Ermənistanda da Rusiyaya etimad çox azdır”.

Tomas De Vaalın fikrincə, ekoloji fəalların aksiyasından sonra Xankəndindəki separatçı rejimində ruslara etimad səviyyəsi azalıb.

De Vaal iddia edib ki, Paşinyanın KTMT ilə bağlı ifadələri onun bu təşkilat və ümumilikdə Rusiya üzrə xəttidir. Onun Ermənistanın KTMT-də iştirakı üçün perspektiv olmaması haqqında ifadələri bu versiyaya dəlalət edir.

Ekspert ehtimal edir ki, Rusiya, Ermənistanın məcburi müttəfiqidir və Paşinyan daha geniş beynəlxalq münasibətlər spektrinə malik olmaq istərdi.

Ancaq bununla belə Britaniyalı ekspert də real vəziyyət fərqli olduğunu, Rusiyanın hazırda həm Ermənistanın, həm də Xankəndindəki rejimin təhlükəsizliyini təmin edən yeganə ölkə olduğunu təsdiqləyib. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam