Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

PERUDA QANLI İĞTİŞAŞLAR

PERUDA QANLI İĞTİŞAŞLAR

 

Perunun cənub-şərqindəki Puno departamentində yerləşən Huliaka şəhərində hökumət əleyhinə nümayişlər zamanı azı 17 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bu barədə “Yenixeber.org” liqa.net-ə istinadən xəbər verir.

Yerli hava limanına basqın etməyə cəhd edən etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub, cavab olaraq silahla atəş açıblar.

Nümayişçilər keçmiş prezident Pedro Kastilyonun devrilməsi və həbsindən sonra hakimiyyətə gələn prezident Dina Boluartenin istefasını tələb ediblər.

"Polis bizə atəş açdı. Düşünürəm ki, 5 nəfər yaralanıb, bir nəfər ölüb. Biz Dina xanımı istefaya çağırırıq, çünki siz qatilsiniz. Çox adam sizə görə ölür. Etiraf etməlisiniz ki, insanlar sizi istəmir" – deyə iştirakçılardan biri deyir.

Huliaca hava limanı yaxınlığında qarşıdurmalar yanvarın 6-dan başlayıb. Nümayişçilər yeni prezident seçkilərinin keçirilməsini tələb ediblər. Baş nazir Alberto Otarola nümayişçilərlə dialoq aparmaq üçün Punoya nümayəndə heyətinin göndərildiyini bildirib. Dekabrda Pedro Kastillonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda iğtişaşlar zamanı iştirakçılarının yolları bağladıqları, dövlət orqanlarının və hüquq-mühafizə orqanlarının binalarına basqın etdiyi, 30-a yaxın insanın öldüyü, yüzlərlə adamın yaralandığı bildirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam