Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“GÖRÜRLƏR Kİ, DESPOTUN “DİŞİ ÇƏKİLİB”...” –“Bakıdan azmı adam həbs olunaraq Naxçıvana aparılmışdı?”

Yenixeber.org: Bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, qeyd edib ki, bu şəxslər Naxçıvandakı mövcud rejimi açıq şəkildə müdafiə edə bilmədikləri üçün, tənqid edən adamları aşağılamağa çalışırlar: “Onların cəsarəti çatmır ki, Naxçıvandakı despotik rejimi aşkar formada müdafiə etsinlər. Bu yolla despotik rejimin tənqidçilərini aşağılayır, digər insanları həmin rejimi tənqid etməkdən çəkindirmək istəyirlər.

Əvvəla, içi mən qarışıq çoxlu insan Naxçıvanın real durumunu, orda baş verənləri zaman-zaman ölkə rəhbərliyinin diqqətinə müxtəlif formada çatdırmağa çalışıb.

İkincisi, o zaman çoxları bu barədə danışmırdı, ona görə ki, onların açıq mövqeyinin nəyisə dəyişəcəyinə inanmırdılar. Əksinə, fikirləşirdilər ki, cəmiyyətimiz siyasi baxımdan yetkin deyil, vətəndaşlarımızın bir-birinə qarşılıqlı güvəni yoxdur. Bu baxımdan həmvətənlərinin, hüquq-mühafizə orqanlarının onları, ailə üzvlərini yerli despotun təqiblərindən qoruya biləcəyinə inanmırdılar. Bakıdan azmı adam həbs olunaraq Naxçıvana aparılmışdı? Başa düşürdülər ki, açıq tənqidlə ailələrini böyük məhrumiyyətlərlə üz-üzə qoya bilərlər. İndi isə görürlər ki, despotun “dişi çəkilib”, həm də “bıçaq artıq sümüyə dirənib”. Bundan sonra da susmaq ölkəmizin gələcəyini çox qaranlıq edir”.

Q.Həsənquliyev sonda maraqlı bir müqayisə də aparıb: “Həmin riyakarların məntiqi ilə xalqımız “riyakar” deyildisə, gərək 1990-cı illərdə küçələrə axışmayaydı, çünki 60-cı,70-ci illərdə Sovet İttifaqına qarşı açıq formada çıxmamışdılar. Halbuki, xalq hərəkatının fəallarının əksəriyyəti Kommunist Partiyasının üzvləri idi. Bu cür siyasi dələduzlara əhəmiyyət vermək lazım deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam