Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bayden Şimali Koreyanı təhdid etdi

Bayden Şimali Koreyanı təhdid etdi
Əgər Şimali Koreya nüvə silahı sınağı keçirərsə, ABŞ daha çox müdafiə xarakterli müəyyən tədbirlər görməli olacaq.
Yenixeber.org: Bunu Birləşmiş Ştatların Prezidenti Cozef Bayden deyib. ABŞ Prezidenti bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşdə də həmkarını Şimali Koreyanı vəziyyəti gərginləşdirən addımları atmaqdan çəkindərməyə çağırıb.
Qeyd edək ki, Seul və Vaşinqton Şimali Koreyanın yaxın gələcəkdə nüvə silahı sınağı keçirəcəyini ehtimal edir. Bu, Pxenyanın 7-ci nüvə silahı sınağı olacaq. Pxenyan sentyabrın 25-dən bəri 40-dan çox müxtəlif tip raket buraxıb. Cari il ərzində isə təxminən 60 ballistik, o cümlədən 7 qitələrarası raket buraxıb.
Bir müddət əvvəl ABŞ Prezidentinin Şimali Koreyanın nüvə sınağı keçirəcəyi təqdirdə Birləşmiş Ştatların Hind-Sakit okean bölgəsindəki hərbi varlığını artırmaq məcburiyyətində qalacağını bildirmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam