Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Rusiya sülhməramlıları 3 ildən sonra Qarabağı tərk edəcək” -"Rusiyanın Türkiyə və Azərbaycanla olan maraqları belə deməyə əsas verir"

2022/07/1658744803.jpg

“Mən əvvəl də demişəm, indi də söyləyirəm, Rusiya sülhməramlıları 3 ildən sonra Qarabağı tərk edəcəklər”.
Yenixeber.org: Bunu Qarabağdakı separatçıların qondarma “Təhlükəsizlik Şurası” nın “sabiq üzvü” Samvel Babayan “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.“Onların getməyəcəkləri, nəyin bahasına olursa olsun Qarabağda qalacaqları kimi bütün bəyanatlara baxmayaraq, mən hesab edirəm ki, bu, reallıqdan uzaqdır. Rusiyanın bu gün Türkiyə və Azərbaycanla olan maraqları belə deməyə əsas verir. Bu güzəştlər bizim hesabımıza olacaq, ona görə də əvvəlcədən deyirəm ki, fikrimizi dəyişməli və problemləri başqa nöqteyi-nəzərdən, başqa cür həll etməliyik”. Babayanın sözlərinə görə, Rusiya bildirib ki, Qarabağ problemi var, onu həll etmək lazımdır, Azərbaycan isə Qarabağ probleminin iki il əvvəl həll olunduğunu bəyan edib, amma Moskva Bakının bu iddiasına qarşı açıq çıxış etmir.
“Rusiyanın bəzi iqtisadi maraqları var ki, həmin maraqlar Qarabağ məsələsindən üstün olacaq”, - S.Babayan vurğulayıb.

“Sülhməramlıların getməsi Rusiyanın Qafqazdan çıxması demək olacaqmı” sualına Babayan belə cavab verib:

“Biz belə düşünürük ki, onlar Qafqazı tərk edirlər, ruslar isə Ermənistanı özlərininki hesab edirlər, Qafqazı tərk edəcəklərini düşünmürlər”.

S.Babayanın fikrincə, Qarabağın ermənilərdə qalması üçün orada özünün müdafiənu qurmaq və iqtisadiyyat yaratmaq lazımdır.
O, maksimum müstəqillik məsələsini beynəlxalq məhkəmələr vasitəsilə həll edilməyin vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam