Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Soçidən Tehrana qaçış -Bakını İran dronları ilə hədələyənlərə pis xəbər!

 

İsraildən Azərbaycana yeni silahlar gəlir; “Bayraktar”lar  isə “Hava-hava” raketləri ilə təchiz olunacaq...

Yenixeber.org: Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçi görüşü də bitdi. Demək olar, nəticəsiz. Hər halda, qəbul edilən ortaq bəyanatdan əsasən bu qənaət hasil olur. O da məlum oldu ki, Rusiya daha çox sülh danışıqlarının imitasiyasında maraqlıdır, nəinki danışıqları irəli aparmaq və məzmunlu eləməkdə.

Moskva isə faktiki vaxt uzatmaqdadır. Soçidə qəbul olunan yazılı sənəddə Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasının zəruriliyi və Zəngəzur dəhlizi haqda heç nə deyilməməsi, ümumən 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların yada salınmaması bunu bir daha təsdiqlədi. Halbuki Kremlin görüş öncəsi yaydığı rəsmi məlumatda bu sənədlərin adları çəkilmişdi.   

Vaxtın uzanması təbii ki, Ermənistana da əl verir. Çünki sülh müqaviləsi imzalanmayıbsa, müharibə bitmiş sayıla bilməz. Demək, ordu quruculuğuna diqqətimizi, hərbi qüdrətimizi və döyüş hazırlığımızı birə-üç artırmalıyıq. Bu və digər səbəblərdən rəsmi Bakı, böyük ehtimalla, Soçi görüşündən sonda danışıqlar taktikasına da, Qarabağda təhlükəsizliklə bağlı taktikaya da mühüm düzəlişlər edəcək. Çünki bir daha aydın oldu ki, Moskva hələ də onun müvəqqəti məsuliyyət zonasında olan erməni qanunsuz dəstələri neytrallaşdırmağa hazırlaşmır. Hətta əksinə, sülh müqaviləsini, deyəsən, aparıb həm də bu amilə bağlayır, Xankəndidə Azərbaycan əleyhinə demarşlar təşkil edir, təzyiqləri İrəvana, separatçılara yönəltmək əvəzinə Bakıya yönəltməyə çalışır, “Dağlıq Qarabağ konflikti”nin davam etdiyi görüntüsünü yaratmaq istəyir.     

*****

Maraqlıdır ki, Soçi səfəri bitər-bitməz, Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfərə yollanıb. O İran ki, Rusiya kimi, Ermənistana da “Şahid” kamikadze-dronlar satmağa hazırlaşır. Hərçənd kapitulyant ölkənin Müdafiə Nazirliyi bunu boynuna almağa tələsmir.

Belə ki, nazirlik İran PUA-ları alıb-almaması ilə bağlı sorğunu cavablandırmaqdan imtina edib. İrəvanın İran PUA-larının alınması ilə bağlı müraciət edib-etmədiyi, belə bir ehtimalı nəzərdən keçirib-keçirmədiyi, həmçinin Ermənistanın İranda pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görüb-görmədiyi barədə quruma sual ünvanlanıb. Ermənistan MN isə “dövlət, xidmət, bank, kommersiya sirri”, həmçinin “məxfi hərbi informasiya” qərarlarını əsas gətirərək, suala cavabdan yayınıb.

Xatırladaq ki, az öncə İran Silahlı Qüvvələrinin Baş Komandanının köməkçisi və baş hərbi müşaviri, general-mayor Yəhya Səfəvi Ermənistanın pilotsuz təyyarələr üçün İrana müraciət etdiyini bildirmişdi.

Məsələ də bundadır: Ermənistan “məxfiliklə” kimi aldatmaq istəyir? “Məxfi informasiya”, yoxsa ABŞ-ın, Avropanın, ümumən Ukraynanın haqq işini müdafiə edən dövlətlərin hədəfinə gəlmək qorxusu?..

***** 

Nikol Paşinyan Tehranda İran prezidenti ilə görüşdü

Əlbəttə ki, İran dronları hücum silahları olmaqla ilk növbədə Azərbaycana qarşı istifadə üçündür. İrəvan eyni zamanda Ermənistan ordusunun dirçəldiyi təsəvvürünü yaratmaqla Azərbaycanla danışıq masası arxasında öz əlini gücləndirmək, Bakıya, moderatorlara təzyiq məqsədi güdür. Dronlar isə şübhəsiz, dərhal sərhəd bölgələrində yerləşdiriləcək.

Bunu da yada salaq ki, gələn il üçün Ermənistan hərbi məqsədlərə büdcədən maksimum həcmdə vəsait - 1 milyard dollar ayırmağı nəzərdə tutur (daha 360 milyon dollar isə Qarabağdakı separatçılara ayrılacaq). Ancaq Ermənistanı təzədən hərbiləşdirmək cəhdləri əbəsdir. Pislik də, xərclər də sonunda ermənilərin özlərinə qalacaq. Növbəti dəfə “dəmir qapaz” yeyəcəklər.

Birinci ona görə ki, artıq "Bayraqdar TB2" və "Akıncı" zərbə PUA-larının İran istehsalı “Şahid” kamikadze-dronları ilə mübarizə üçün “Hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır. Bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdar DPA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda şirkət bunu sınaqdan keçirir.

İkincisi isə strateji tərəfdaşımız İsrail bu silahlara qarşı Bakıya yeni sistemlər tədarük edə bilər.

*****

Rusiya Ukrayna müharibəsində istifadə üçün İran pilotsuz təyyarələrinin ilk  partiyasını alıb

“Azərbaycanla İsrail arasında əməkdaşlıq, ən əsası, etimad ən yüksək səviyyədədir. Odur ki, zərrəcə şübhə yox ki, İranın pilotsuz təyyarələrindən istifadə edilməklə hücum təhlükəsi yaranarsa, İsrail hərbi-sənaye kompleksi Bakını digər hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu israilli hərbi ekspert David Gendelman deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda İranın pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün Ukrayna silahlı qüvvələri ilə müqayisədə qat-qat böyük və yaxşı imkanlara malikdir.

İsrailli hərbi hesab edir ki, hazırda İran PUA-larına qarşı ən təsirli silah İsrailin “Dəmir günbəz” sisteminin son modifikasiyası, həmçinin Azərbaycan Ordusunun arsenalındakı “Barak-8" və mobil ”Spyder" hava hücumundan müdafiə sistemləridir.

“Taktiki və texniki xüsusiyyətlərinə görə hava hücumundan müdafiə sisteminə inteqrasiya olunmuş bu silah növləri istənilən tip pilotsuz təyyarələri, raketləri və s. məhv etmək üçün ən effektivdir. Odur ki, Azərbaycanın əlavə silahlar almasına və onları öz hava hücumundan müdafiə sisteminə inteqrasiya etməsinə ehtiyac yoxdur. Çünki Bakıda artıq Azərbaycan səmasını İran və digər PUA və raketlərdən qorumaq üçün lazım olan hər şey var”, - deyə ekspert qeyd edib.

Buna baxmayaraq, Gendelmanın sözlərinə görə, Azərbaycanın hava məkanının təhlükəsizliyinə əlavə təhdidlər yaranarsa, İsrail Bakıya əlavə müxtəlif elektron döyüş sistemlərini, eləcə də “Rafael Advanced Defense”nin istehsalı olan “Drone Dome” kompleksini (“Drona qarşı günbəz”) tədarük etməyə hazırdır: “Bu kompleks sistemlər pilotsuz təyyarələrin aşkarlanması və ələ keçirilməsi üçün nəzərdə tutulub. İsrail bu sistemləri Bakıya çatdırmaqdan məmnun olardı, əgər artıq çatdırmayıbsa”.

İsrailli mütəxəssisin əminliyinə görə, aşağı sürətlə və yüksək səslə uçan İran PUA-larının Azərbaycanın hava hücumundan müdafiə sistemini dəf etmək şansı olduqca azdır... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam