Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“KTMT MÖVCUD DEYİL!...” –Paşinyandan Moskvanın əleyhinə daha bir bəyanat

Yenixeber.org: Bunları Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hakim partiyanın bu gün keçirilən qurultayındakı çıxışında bildirib.

Paşinyan açıq şəkildə Rusiyanı öz vədlərinə əməl etməməkdə günahlandıraraq, sərhədlərin demarkasiya olunmamasından bəhanə kimi istifadə edildiyinə və KTMT-nin qeyri-legitim təşkilat olduğuna eyham vurub: “Əgər bir dövlətin (KTMT üzvü kimi Ermənistanı nəzərdə tutur-red.) sərhədləri yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur və deməli, təşkilatın özü yoxdur”.

Paşinyan növbəti dəfə saxtakarlığa yol verərək iddia edib ki, Ermənistanın sərhədi var və bu sərhəd SSRİ dövründə təyin olunan sərhədlərdir ki, onu da guya Azərbaycan pozub.

Qeyd edək ki, Paşinyan qurultaydakı çıxışında 31 oktyabrda keçirilməli olan Soçi görüşü barədə də danışıb və bildirib ki, Ermənistan Rusiyanın təklif etdiyi sülh variantı ilə razıdır. Həmin variantda isə Moskva “Qarabağ problemi”nin tənzimlənməsinin qeyri-müəyyən dövrə qədər təxirə salınmasını təklif edir. Ancaq Azərbaycan tərəfi təbii ki, bu şərtlə qətiyyən razı deyil.

O da məlumdur ki, KTMT Soçi görüşünün nəticələrindən asılı olaraq, Azərbaycan – Ermənistan sərhədinə müşahidəçi missiyası göndərməyi planlaşdırır. (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam