Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İRANIN TƏHDİDLƏRİ QARŞISINDA İTTİFAQLAR YARADILIR -İsrailin müdafiə naziri

Yenixeber.org: Bu barədə İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə münasibətlərinin gələcəyi ümidverici görünür.

“Lakin bu, dünyada və regionda sabitliyin və təhlükəsizliyin qorunmasında ümumi maraqlarımızdan asılıdır. Gələcəkdə əməkdaşlıq üçün çoxlu sahələr var. Bura bölgəmizdəki mübahisələrin diplomatik həllinə nail olmaq da daxildir”, - Qantz vurğulayıb.

İsrailli nazir Yaxın Şərq və Şərqi Aralıq dənizində baş verən hadisələrə də diqqət yetirib.

“İran tərəfindən yaradılan təhdidlər qarşısında ittifaqlar inşa edilir. Heç şübhəsiz ki, NATO üzvü və ortaq dostumuz ABŞ-ın müttəfiqi olan Türkiyənin qlobal sabitliyin təmin olunmasında mühüm rolu var. Yunanıstan, Kipr və Körfəzdəki dostlarımızla güclü tərəfdaşlığımızı davam etdiririk və Türkiyə ilə əlaqələrimiz də müsbət istiqamətə yön alıb. Əslində, biz körpülər qura və münaqişələri bütün tərəflərin xeyrinə azalda bilərik. İrəli getmək üçün münasibətlərimizdə açıq dialoqu davam etdirərək ardıcıl, müsbət yanaşmanı mənimsəməliyik. Müzakirələrimizdə razılaşdırıldığı kimi, komandama işimizi artırmaq üçün lazımi prosedurlara başlamağı tapşırdım”, - Qantz əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam