Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya kanalından növbəti təxribat –Qarabağdakı separatçıların müdafiəsinə qalxdılar

Yenixeber.org:Ancaq Azərbaycanın xəbərdarlığına baxmayaraq, Rusiya tərəfi hələ də bu əməllərindən əl çəkmir və erməni ekspertləri efirə çıxararaq, təxribatçı hərəkətlərini təkrarlayır. Bu cür təxribatlardan daha biri ötən gün “Rusiya-24” telekanalında yayımlanan proqramda baş verib.

“Rusiya-24”-ə müsahibə verən erməni politoloqlar- Semyon Baqdasarov və Hayk Xalatyan, Azərbaycanın Qarabağın qalan hissəsi üzərində tam suverenliyini nəzərdə tutan Vaşinqton sənədini “saxtakar həll” adlandırıblar.

Bu baradə çıxış edən S. Baqdasorav bildirib ki, Vaşinqton sənədi qəbul olunsa, ermənilər Azərbaycan qanunları altında yaşamalı olacaqlar: “Plan həyata keçərsə, Ermənistan faktiki olaraq Qarabağdan imtina etmiş olacaq. Bu, bir növ etnik təmizləmədir. Çətin ki, bundan sonra Ermənistandan, “dağlıq Qarabağ”dan olan ermənilər Azərbaycanda yaşamaq istəsin. Bu cür həyatla razılaşmayan bütün ermənilər oranı tərk edəcəklər”.

“Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılması o deməkdir ki, burada əsas qərarı Ermənistanın indiki baş naziri yox, Bakı verəcək. Budur, Vaşinqton sənədi”,-Baqdasarov bildirib.

Hayk Xalatyan isə Vaşinqtonda sənədini Azərbaycanın özünün hazırladığı və Ermənistana təklif etdiiyi sülh müqaviləsi adlandırıb: “Hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması münaqişənin həllinə kömək edir. Sənəddə Ermənistan vasitəsilə Azərbaycanın ərazilərini birləşdirən magistral yoldan da söhbət gedir. Düşünürəm ki, bu halda Ermənistan tərəfi həmin ərazidə Rusiya hərbi bazasının yerləşdirilməsini təklif edə bilər”

Sonda rus aparıcı iddia edib ki, Azərbaycan ərazisində separatizmin qalıqlarının olması, regionda real və davamlı sülhə təminat verir.“Azpolitika”





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam