Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ABŞ-ın və RUSİYANIN SÜLH VARİANTI MASADA... -Bakı və İrəvan hansı planı qəbul edəcək?

Erməni mediası bildirir ki, baş nazir “Qarabağın muxtariyyət olmadan Azərbaycan ərazisi kimi tanınmasına” razı olacaq. 

“Bununla da Nikol Paşinyan Moskva ilə tam qarşıdurmaya getmək niyyətindədir. Nədən ki, Amerika variantının imzalanması Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına gətirəcək”, - yerli mətbuat qeyd edib.

Son vaxtlar xarici mediada bu qəbildən ehtimal və versiyalar çoxalıb. Məlumdur ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas moderatoru Avropa Birliyidir (AB), Brüsseldir. Brüssel sülh prosesini dəstəkləyən ABŞ ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Hərçənd ABŞ-la AB-nin sülh variantlarının mətnində müəyyən fərqlər olduğu haqda informasiyalar da yayılıb.

Belə ki, iddialara görə, rəsmi Vaşinqton sülh anlaşmasına keçmiş DQMV-nin muxtariyyətinin bərpası haqda bənd salınmasını istəyir. Bunu ermənipərəst konqresmen Frenk Pallone keçən həftə İrəvana elədiyi səfər zamanı söyləmişdi. Lakin onun nə dərədəcə Amerika hökumətinin mövqeyini əks etdirdiyi bilinmir.

Sülh sazişi uğrunda savaş”: ABŞ-dan Kremlə Qarabağ ittihamı

Avropa Birliyinin sülh variantında isə status haqda heç nə deyilmir. Amma artıq erməni KİV-i iddia edir ki, “Amerika variantı”nda da muxtariyyət söhbəti yoxdur. Yaxud belə çıxır, ABŞ Brüssel variantını qəbul eləməli olub. Bəs gerçək haradadır, erməni KİV-lərini mötəbər saymaq olarmı?

Bunu da yada salaq ki, Kremlin öz xüsusi nümayəndəsi İqor Xovayev vasitəsilə tərəflərə təqdim elədiyi sülh müqaviləsi variantında uzaq zamanlar üçün də olsa, status məsələsinin nəzərdə tutulduğu haqda Rusiya mediasında yazı dərc olunub. Lakin rəsmi Bakının etirazından sonra Moskvanın status bəndini sülh müqaviləsi mətnindən çıxardığı və ayrıca protokol şəklində təqdim edəcəyi bildirilir.

Sadalanan üç versiyanın hansı birinin həqiqətə yaxın olduğu, tərəflərin hansı varianta üstünlük verəcəyi yəqin ki, ən geci, ilin sonunadək üzə çıxacaq. Çox şey əlbəttə ki, rəsmi İrəvanın, nəhayət, özünü konstruktiv aparıb-aparmayacağından asılı olacaq. Yaxud vasitəçi güclər, özəlliklə AB və ABŞ Ermənistanı buna məcbur eləməlidir.

Çünki İrəvanın öz cığallığını davam eləməsi üçün heç bir bəhanəsi qalmayıb. Əgər o, öz sərhədlərində həqiqətən sakitlik arzulayırsa, müharibə istəmirsə, o zaman sülh çağırışlarına adekvat cavab verməlidir. Məsələni yenə uzatmaq isə yeni müharibəyə tuş gəlmək demək olacaq. O halda, Qərbin Ermənistana hərbi yardım göstərmək üçün motivi, əsası da qalmayacaq. Çünki Azərbaycanın ona təklif elədiyi sülh - ən ədalətli sülhdür...   (musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam