Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İrəvan üçün geri sayım başladı -Bakı 2025-i gözləməyəcək!

Ermənistan diplomatik hiyləbazlığının altını yalnız özü çəkəcək; Azərbaycan 10 noyabr sənədindən çəkilə bilər...

Yenixeber.org: Belə görünür ki, Ermənistanda müxalifətin etirazları baş nazir Nikol Paşinyana da əl verir. Çünki radikalların narazılığını bəhanə edən rəsmi İrəvan Azərbaycanla həm sülh danışıqlarının, həm də sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı anlaşmaların praktik məcraya keçməsini daha həvəslə əngəlləməyə başlayıblar. Erməni tərəfinin sərhədlərin delimitasiyasına dair öncədən razılaşdırılan 2 mühüm ikitərəfli görüşü ləğv eləməsi, üstəlik, bu fonda sərhədin Kəlbəcər istiqamətində silahlı təxribatlara davam eləməsi ayrı qənaətə yer qoymur.

Ancaq bu kimi siyasi-hərbi və diplomatik hoqqalar 30 ildən çoxdur blokadada olan Ermənistana yaxşı heç nə vəd eləmir, edə bilməz. Əksinə, kapitulyant ölkənin izolyasiya rejiminin daha da uzanmasına xidmət edir. Biz hələ getdikcə artan müharibə riskini demirik. Çünki istənilən sülhün alternativi savaşdır, hərbi qarşıdurmadır, müharibədir...

***** 

Hərbi ekspert Ədalət Verdiyev bu xüsusda haqlı olaraq hesab edir ki, mövcud durumda Ermənistanla hansısa normallaşma prosesindən danışmaq, sülhün təmin olunması və sərhədlərin delimitasiyası ilə bağlı fəaliyyəti davam etdirmək mənasız görünür.

“Baş verənlər Azərbaycana danışıqlar və 10 noyabr bəyanatından birtərəfli şəkildə çəkilmək hüququ verir. Bu, 2020-ci ilin 9 noyabrına olan vəziyyətə qayıdış deməkdir. Vəziyyətin sözügedən istiqamətdə dəyişməsinin Ermənistan üçün nəticələrini isə Paşinyan hökuməti və revanşistlər təxmin etmirlər, dəqiq bilirlər. Çünki ordumuzun qabağından İrəvana qədər qaçanların içərisində indi ”revanşist" kimi meydana çıxanlar da yetərincədir", - deyə o qeyd edib (Axar.az).

Ədalət Verdiyev: Füzuli əməliyyatı ordumuzun İkinci Qarabağ müharibəsində  həyata keçirdiyi ən əhəmiyyətli əməliyyatlardan biridir - AZƏRTAC

Ədalət Verdiyev

Bir çox digər yerli və əcnəbi ekspertlər də Ermənistanın təzədən odla oynamağa başladığına əmindirlər.

 “Hər şeydən göründüyü kimi, ermənilər təzədən köhnə dırmığın iti dişləri üstünə ayaq basırlar. Ancaq əgər əvvəllər onlar 1992-94-cü illərin hərbi əməliyyatlarından sonrakı status-kvonu özləri üçün faydalı konfiqurasiyada saxlamağa çalışırdılarsa, indi sülh prosesini ləngitməklə hətta 2020-ci il müharibəsinin nəticələrindən də betər nəticələrə tuş gələ bilərlər”.

Bu barədə politoloq Rasim Musabəyov öz facebook səhifəsində yazıb.

İrəvanda aksiyalar yenidən başlayıb - Sonxeber.net

Politoloqa görə, İrəvanda boşuna xəyal edirlər ki, de-fakto Bakının yurisdiksiyasına və səlahiyyətinə tabe olmayan ərazilər 2025-ci ildən sonra da Rusiya sülhməramlılarının nəzarətində olacaq və Rusiya hərbçiləri burada qeyri-müəyyən müddətədək qalacaq. “Geri sayım artıq başlayıb. Tezliklə Laçından yan keçən alternativ yol hazır olacaq. Onun girişində sərhəd və gömrük postları tikilir. Onların fəaliyyət rejimi Ermənistan tərəfinin Azərbaycan vətəndaşlarının və mallarının Zəngəzur dəhlizindən keçməsi üçün quracağı rejimin bənzəri olacaq”, - deyə Musabəyov vurğulayıb.

Rusiya sülhməramlılarına gəlincə, ekspert xatırladıb ki, əgər Bakı 2025-ci il mayın 1-dək onların missiyasının uzadılmasına razılıq verməsə, hərbçilər təxliyəyə başlamalı olacaqlar. “Aydındır ki, heç bir yerli, uydurma ”özünümüdafiə qüvvələri", həmçinin Ermənistan ordusunun qalıqları Bakının öz suveren ərazisi üzərində tam nəzarəti bərqərar etməsinin qarşısını ala bilməyəcək. Elə isə faydasız diplomatik hiyləbazlığa vaxt itirməyə dəyərmi?" - Musabəyov sual edib.

*****

Rusiyalı tanınmış ekspertlər də aşağı-yuxarı, təxminən eyni mövqedədirlər.

“Ermənistanda revanşa çağırışlar və müxalifətin dövlət çevrilişinə cəhd etməsi uğursuzluğa məhkumdur. Çünki Ermənistan cəmiyyətinin çoxluğu Azərbaycanla sülhün tərəfdarıdır”.

Bunu Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib (APA).

Onun sözlərinə görə, Ermənistanın hazırda düşdüyü vəziyyət üçün Azərbaycanla sülh yeganə mümkün reallıqdır: “Revanş cəhdləri, yeni müharibəyə cəhdlər sadəcə olaraq dalana aparır, Ermənistanı uçuruma yuvarlayır. Düşünürəm ki, ona görə də Ermənistan müxalifəti narazı kütləni İrəvan və digər şəhərlərin küçələrinə çıxarda bilmədi. Bu isə o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə alternativ yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımağa və qonşularına qarşı ərazi iddialarından əl çəkməyə məcbur olacaq”.

İrəvanda yenə Paşinyanın əleyhinə aksiya keçirilir - "İki sahil"

Analitikə görə, Ermənistandakı etirazların arxasında ilk növbədə Rusiyadakı erməni diasporu dayanır.

Öz növbəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bu qənaətdədir ki, Ermənistanda əksəriyyət Qarabağın Azərbaycan ərazisi olması həqiqətini anlamağa başlayıb: “Ermənistan cəmiyyətinin əksər hissəsi Qarabağın Azərbaycanın ərazisi kimi tanınması həqiqətini anlamağa başlayıb, lakin bununla barışa bilmir. Paşinyan da bunu anlayıb. O, artıq bu haqda danışmağa başlayıb. Ona görə də revanşist qüvvələr bu vəziyyətdən istifadə edib hakimiyyəti devirmək istəyirlər. Lakin onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının əleyhinə olanlardan daha çox hakimiyyətə yenidən Köçəryan-Sərkisyanın gəlməsi əleyhinə olanlar var. Cəmiyyətin böyük bir hissəsi yeni müharibəni istəmir. Ona görə də Paşinyanı devirmək cəhdləri heç bir geniş ictimai dəstək ala bilməyəcək”.

Ekspertə görə, Rusiyada da dərk edirlər ki, Ermənistanda hakimiyyəti Köçəryan kimilərinə vermək olmaz: “Bəli, Köçəryan, Sərksiyan rusiyayönümlü qüvvələrdir. Lakin Rusiya köçəryanyönümlü deyil. Birincisi, Rusiya hər zaman Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. İkincisi isə Paşinyan Qərbin adamı olmasına baxmayaraq Moskva tərəfindən bağışlanılıb. Ola bilsin ki, Rusiyada Köçəryana Paşinyandan daha çox emosional yanaşırlar, lakin rasional olaraq başa düşürlər ki, Ermənistan üzərində hakimiyyəti Köçəryan kimilərinə vermək olmaz...”

*****

Bununla belə, Qarabağ klanının hakimiyyət uğrunda davası davam edir. Proseslərin nə ilə bitəcəyi yəqin ki, yaxın həftələrdə bəlli olacaq. Bir şey dəqiqdir ki, Azərbaycanla sülh anlaşmasının bu və digər bəhanələrlə və yaxud xarici amillərin (Rusiya və s.) təsiri altında ləngiməsinin ən böyük zərbəsi məhz Ermənistana və onun xalqına dəyəcək...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam