Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır“

 

“ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu barədə olan istənilən şaiyələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”

"Xeberinfo.com":   Məlumata görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “ABŞ səfirliyinin bəyanatı media şayiələrini ifşa edir” başlıqlı bəyanatında deyilir.
Xatırladaq ki, son zamanlar bir sıra iqtidaryönümlü medialar ABŞ səfirinin müxalifət liderləri ilə görüşlərində dövlət çevrilişi, müxalifətin maliyyələşdirilməsi və təlimatlandırılması ilə bağlı söhbətlər aparması barədə məlumatlar dərc edib.
Səfirliyin bəyanatında deyilir ki, səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib. Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilə də görüşlər keçirir. (virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam