Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

“PAŞİNYAN SƏNƏD İMZALASA, QARŞIMIZDA RUSİYA QALACAQ” –“Moskvadan müxalifətə və separatçı rejimə göstəriş verilib”

"Rusiya Qarabağ probleminin nizamlanmasının, Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının Brüsselin çətiri altında baş tutmasını qətiyyən qəbul etmir və mane olmaq üçün təzyiq imkanlarından istifadə etməyə başlayıb".

Yenixeber.org: Bu barədə təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Brüsseldə bu gün keçirilən Əliyev-Paşinyan görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, təzyiqin əsas hədəfi Ermənistan siyasi rəhbərliyidir. Ekspert vurğulayıb ki, Rusiya Brüsseldə hər hansı bir razılaşmanın və nəticədə sənədin imzalanmasının qarşısını almaq məqsədilə idarə etdiyi Ermənistan siyasi müxalifətinə və separatçı rejim liderlərinə xüsusi göstəriş verib: "Moskvanın idarə etdiyi Koçaryan və Sarkisyanın tərəfdarları dünən İrəvanın mərkəzində iki saat yarım etiraz mitinqi keçirdilər. Mitinq “Dağlıq Qarabağın heç bir statusla Azərbaycanın tərkibində olmayacağı və Qarabağ xalqının müqəddəratını təyin etməyə mane olan heç bir sənədin Azərbaycanla imzalanmayacağı” tələbi ilə bəyanat qəbul etdi. Bəyanatın son cümləsini isə birbaşa Rusiyanın diqtəsi hesab etmək olar. Mitinq iştirakçıları Paşinyan hakimiyyətini faktiki hədələyib: ”Bu tələblərdən imtina bütün mümkün metod və vasitələrlə qanuni ümummilli müqavimətə gətirib çıxaracaq”, - müxalifət xəbərdarlıq edib".

 

 

İ.İsmayılın sözlərinə görə, təzyiqin ikinci həmləsi separatçı rejim tərəfindən gəlib: "Xankəndidə qondarma parlamentin növbədənkənar iclası keçirilib və burada da Paşinyan iqtidarına xəbərdarlıq edilib. Qəbul etdikləri bəyanatda Azərbaycanı “düşmən”, Ermənistanı “Dağıq Qarabağın təhlükəsizliyinin təminatçısı” kimi gördüklərini bildirib, sonadək mübarizə aparacaqlarını, “erməni dövlətçiliyinin açarının “artsax”da olduğunu” vurğulayıblar. Bu detallar ona görə qeyd olunur ki, Kremlin Ermənistanda mövcud kövrək sabitliyi necə qarışdıracağına zəmin hazırladığı daha aydın şəkildə bilinsin. Yəni, Ermənistanın Baş naziri Avropa paytaxtında hansısa razılaşma ilə bağlı konkret sənəd imzalaya bilməz, ümumi sülh söhbətləri aparıb, uzaqbaşı Brüssel görüşünü sülhə doğru növbəti addım kimi dəyərləndirə bilər. Görünür, Paşinyan da buna əməl edəcəyinə söz verdiyindən, əvvəllər aprelin 9-na təyin olunmuş Moskva görüşü də təxirə salınmışdır".

 

 

Ekspert əlavə edir ki, Azərbaycan da, Brüssel də belə bir təzyiqlərin olacağını, Moskvanın daha çox Ermənistanı hədəfə alacağını bilirdi və təsadüfi deyil ki, dünən Brüsselin özündə də görüş əleyhinə erməni diasporası mitinq keçirdi: "Ermənilərin bütün etiraz mitinqlərinin bir leytmotivi var - Azərbaycanla sülh müqaviləsi bağlanmasın. İki ölkə arasında sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi beş baza prinsipi əsasında bağlanması ilk növbədə Moskvanın təzyiq perspektivini tam aradan qaldırmasa da, xeyli məhdudlaşdırır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, heç bir ərazi iddiasında olmadığı barədə sənədi imzalayacağı təqdirdə, Qarabağda Azərbaycana qarşı duran tərəf Rusiya olacaq. O zaman Gürcüstanda, Ukraynada, Moldovada olduğu kimi, Azərbaycanda da tərəf olaraq Rusiya tanınacaq və separatizmi yaradan, müdafiə edən kimi beynəlxalq qınağın hədəfinə çevriləcək. Rusiya belə bir situasiyanın yaranmasını istəmir və Brüssel görüşü ərəfəsində Nikol Paşinyana mitinqlərlə təzyiq edir"."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam