Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi-HƏDƏFLƏR

Ağ Ev Ukrayna hadisələri ilə əlaqədar Rusiya və Belarusa qarşı yeni sanksiyalar elan edib. ABŞ dövlət Departamentinin bəyanatına əsasən, məhdudiyyətlər müdafiə və enerji sənayesinə təsir edəcək.

Yenixeber.org: Bildirlib ki, ümumilikdə “qara siyahı”ya Rusiyanın 22 müdafiə müəssisəsi, o cümlədən Rusiya silahlı qüvvələri üçün döyüş təyyarələri, piyada döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən şirkətlər əlavə olunacaq.

Bundan əlavə, sanksiyalar Rusiya və Belarus təhlükəsizlik xidmətlərini dəstəkləyən, hərbi və müdafiə sektoru sahəsindəki araşdırmalara töhfə verən təşkilatlara da təsir edəcək.

Həmçinin, Vaşinqton Rusiyanın enerji bazarındakı mövqeyini də zəiflətməyi planlaşdırır.

“İxrac nəzarəti Rusiya ordusunu dəstəkləyən əsas gəlir mənbəyi olan neft emalı sahəsini hədəfləyir. Neft və qaz hasilatı avadanlıqlarına ixrac nəzarəti vasitəsilə Ticarət Departamenti uzunmüddətli perspektivdə Rusiyanın emal imkanlarını dəstəkləyəcək texnologiyanın ixracına məhdudiyyətlər qoyacaq”, - bəyanatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam