Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Fəthullah Gülən məhkəməyə verildi

 

 

Gülenin Amerikadan ekstradisyasının vacib olduğunu deyən Ünal onun İsrail əlaqələrinin də hökmən araşdırılmalı olduğunu bildirib

   "xeberinfo.com":Türkiyədə 17 dekabr hdisələrində tərəflərdən biri kimi göstərilən Fəthullah Gülen məhkəməyə verilib.Məlumata görə, jurnalist-yazar Yusuf Ünal F. Gülenin Amerikadan ekstradisyası və yenidən mühakimə olunması tələbi ilə İstanbul Respublika Prokurorluğuna müraciət edib. 

    Baş verənlərin hökumətə qarşı istiqamətləndiyini deyən Ünal F. Gülenden hesabat tələb edəcək prokuror olmadığını deyib. 

“Bu günə qədər Fəthullah Gülendən hesabat tələb edən prokuror olmayıb. Paralel dövlətin başı bəllidir. Baş verənlər və ifadələr də ortadadır. Bunun qanunvericilikdəki qarşılığı da məlumdur”. 

Bəzi polis rəislərinin özbaşına əməliyyatla hökuməti gözdən salmağa çalışdığını deyən Ünal bildirib ki, hökuməti dağıtmaq səyləri davam edir. 

“Ölkəyə milyardlarla dollar ziyan dəydi. Kasetlə şantaj, istefa vermək üçün millət vəkilinə təzyiq, polis təşkilatı və məhkəmə sistemini nəzarətə götürərək dövlətə sızmaq təşəbbüsünə görə Gülen mühakimə olunmalıdır”. 

Gülenin Amerikadan ekstradisyasının vacib olduğunu deyən Ünal onun İsrail əlaqələrinin də hökmən araşdırılmalı olduğunu bildirib. 

Yusuf Ünal ölkədə əmin-amanlığın təsis olunması üçün prokurorlara çağırış edib və hər cür dövlət çevrilişini lənətlədiklərini vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam