Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəsmi iddia: Fətullah Gülən ikinci hərbi çevrilişə hazırlaşır!

gulen“Fəthullah Gülən ikinci çevrilişə hazırlaşır. Onun hələ də deşifrə olunmamış FETÖ mənsubu hərbi və sivil yetkililərə təlimat verdiyi təsbit olunub”.

Xeberinfo.com:   Bu iddialar Ankara Baş Prokurorluğu tərəfindən hazırlanıb ABŞ-a çatdırmaq üçün Türkiyə Ədliyyə Nazirliyinə göndərilən 15 səhifəlik sənəddə yer alır.

İndiyə qədər deşifrə olunmayan FETÖ-çülərin təlimatlandırılmasının necə təsbit edildiyinə aydınlıq gətirilməyən sənəddə Fəthullah Gülən bir neçə maddə üzrə ittiham olunur: “xüsusi amansızlıqla qəsdən adam öldürmə, Prezidentinə sui-qəsd, konstitusiya nizamını, Türkiyə Böyük Millət Məclisini, hökuməti ortadan qaldırmağa təşəbbüs və silahlı terror təşkilatı qurmaq”.

Gülənin müvəqqəti həbsi üçün hazırlanan sənəddə ABŞ ilə Türkiyə arasında ekstradisiya ilə bağlı Ədliyyə müqaviləsinin 10. maddəsi xatırladılaraq qeyd olunur: “Bu şəxs ölkəmizdə işlənən bir çox cinayətlərlə yanaşı, 15 iyul tarixində həyata keçirilən qanlı çevriliş təlimatını verən adam olmasından dolayı axtarışdadır”.

Sənəddə həmçinin Fəthullah Gülənin cinayətlərindən bəzi konkret faktların detalları da nəql olunur, Ərdoğana sui-qəsd cəhdinin göstərilməsi, Marmarisdə ailəsiylə birlikdə qaldığı otelin 30 FETÖ-çü tərəfindən basıldığı, ancaq Ərdoğanın çevriliş cəhdini öyrənər-öyrənməz qaldığı yerdən ayrılması və bu səbəbdən terrorçuların əlinə keçmədiyi iddia edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam