Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ Fətullah Gülənlə bağlı dosyeni araşdırır

gulenTürkiyədəki qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen bir daha çeviriliş cəhdini pisləyib və bu məsələdə əli olmadığını deyib.

Xeberinfo.com:   Bu barədə cümə axşamı onun yaydığı bəyanatda bildirilir.

Gülen bildirib ki, Türkiyə hakimiyyətinin onun həbsinə order verməyə hüquqi müstəqilliyi yoxdur və bu prezident Erdoganın avtoritarizmə doğru getməsinə növbəti nümunədir.

Türkiyə hakimiyyəti hazırda ABŞ-da yaşayan Fətullah Gülenin verilməsinə çalışır və İstanbul məhkəməsi avqustun 4-də onun həbsinə rəsmi order verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ-ın Ankaradan Gülenlə bağlı sənədlər aldığını bildirib.

O bu sənədlərin araşdırıldığını bildirib, amma qeyd edib ki, Vaşinqton Gülenin ekstradasiyası ilə bağlı hələ ki, rəsmi sorğu almayıb.

Türkiyə parlamentinin “Milliyətçi hərəkat” partiyasından olan deputatı Kamil Aydın bildirib ki, həmkarları Gülenin verilməsinə nail olmaq üçün ABŞ-ın müxtəlif idarələri ilə danışıqlar aparıblar.

“Ədliyyə nazirliyi 85 qutu sənəd aldğını təsdiqləyib və hazırda onları araşdırır. Bunu bizə onlar deyib. Hər iki tərəf əlaqədədir” deyə o bildirib.

Mark Tonerin sözlərinə görə ABŞ-15 iyul çeviriliş cəhdinin araşdırılması ilə bağlı Türkiyəyə yardım təklif edib.

Amma o, Ankaranın bunu qəbul-edib-etməməsinə aydınlqı gətirməyib.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, 15 iyul çevriliş cəhdinin arxasında Fətullah Gülen durur.

Prezident Racep Tayyip Erdogan Gülene məxsus biznes qurumlarının gəlirdən məhrum ediləcəyini bildirib.

Qiyam vaxtı 250-dən çox adam ölüb, 2 minədək adam yaralanıb.

Bundan sonra ölkədə 10 minədək adam saxlanıb, 70 minədək hərbçi, hakim və digər dövlət qulluqçusu işdən kənarlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam