Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putinlə Bayden bu il görüşə bilər - AÇIQLAMA

Putinlə Baydenin görüşü bu il baş tuta bilər -    Kreml

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşünün tarixi hələ müəyyən edilməyib, lakin Kreml bunun bu il baş tutacağına ümid edir.
Yenixeber.org: "Ümid edirik ki, görüş ilin sonuna qədər baş tuta biləcək. Amma hələ ki, dəqiq tarix yoxdur", -deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O əlavə edib ki, çox güman ki, danışıqlar videokonfrans formatında baş tutacaq.
Ötən bazar günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, sammitə hərtərəfli hazırlıq gedir. Onun sözlərinə görə, “gündəm böyükdür”. Xarici işlər naziri Sergey Lavrovun da qeyd etdiyi kimi, prezidentlərin mümkün görüşündə Ukrayna da müzakirə olunacaq.

Öz növbəsində, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı qeyd edib ki, Vaşinqton hələlik ABŞ və Rusiya prezidentləri arasında gözlənilən hər hansı təmasları elan etməyə hazır deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam