Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Lavrova “güc nümayişi” ilə cavab verəcək

 

Paşinyan Lavrova “güc nümayişi” ilə cavab verəcək
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsinə cavab olaraq, Ermənistanın baş nazir Nikol Paşinyan Moskvaya "güc" nümayiş etdirməyə hazırlaşır.
Yenixeber.org: Bu barədə Paşinyanın birinci müavini Ararat Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyan “Facebook” səhifəsində yazıb. Bildirib ki, Paşinyanın baş nazir postuna gəlməsinin 100 günlüyü münasibətilə avqustun 17-də əhalini ona dəstək üçün mitinqə dəvət etməsi əslində Rusiyaya mesajdır.

“Rusiya XİN rəhbərinin bəyanatından sonra Paşinyanın 17 avqusta təyin etdiyi mitinqə bir növ hərbi parad məntiqilə güc nümayişi kimi baxılmalıdır. Mitinqə toplaşanlar bir daha göstərəcəklər ki, Paşinyan kabinetinə inanırlar. Həmçinin bütün dünyaya Ermənistanda hakimiyyət dəyişikliyinin və respublikanın müstəqilliyinin sığortalandığını nümayiş etdirəcəklər”, – deyə Paşoyan bildirib.

Onun sözlərini şərh edənlər isə qeyd edib ki, Paşinyan xalqın dəstəyinə sahib olduğunu göstərməklə gələcəkdə özünə qarşı həyata keçirilə biləcək istənilən təxribatın uğursuzluğa düçar olacağı ilə bağlı Moskvaya mesaj verib.

Xatırladaq ki, 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib. Ötən gün isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyyət təşkil edir. Bir müttəfiq kimi Ermənistanda baş verənlər Moskvanı narahat edir və bu narahatlıq bir neçə dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam