Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Rusiya-Qərb arasında üçüncü danşıqlar başlandı -Konkret nəticə gözlənilmir...

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına qoşun cəmləməsinin yaratdığı gərginliyi azaltmaq məqsədilə Vyanada danışıqlar başlanıb. Moskva, Vaşinqton və Avropa ölkələri böyük təhlükəsizlik böhranını önləməyə çalışırlar.

Yenixeber.org: "Azadlıq" radiosu xəbər verir ki, danışıqlar ATƏT Daimi Şurasının çətiri altında keçirilir. Bu, yüksək səviyyəli danışıqlar həftəsinin sonuncu raundudur. 

Qərb Moskvanın Ukrayna ilə sərhədə 100 minədək əsgər, tank, artilleriya cəmləməsini bu ölkəyə mümkün hücuma hazırlıq hesab edir.

Xatırladaq ki, həftənin əvvəlində Cenevrədə Moskva və Vaşinqton arasında birbaşa, yanvarın 12-də isə Brüsseldə NATO-Rusiya Şurasının iclası olub.ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter 13 yanvar danışıqlarından irəliləyiş gözləmədiyini deyib. O, Vyanada növbəti aylarda diplomatik dialoqun davam etdirilməsinə fokuslanacaqlarını vurğulayıb.

“Bu həftə konkret nəticələrin olacağını düşünmürəm. Əsas məqsədimiz dialoq qurmaqdır. Bəli, mövqelərimiz fərqlidir, amma bu, razılaşa bilmədiyimiz element və sahələrin olmaması anlamına gəlmir”, o, Rusiyanın müstəqil "Dojd" televiziyasına deyib.

Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel isə yanvarın 13-də xəbərdarlıq edib ki, Moskva Ukrayna sərhədinə qoşun cəmlədiyi müddətdə Rusiya ilə Ukrayna məsələsi müzakirə olunmamalıdır.

“Rusiyanın hərəkətləri təzyiqin bir hissəsidir”, – Fransada jurnalistlərə açıqlama verən Borrel əlavə edib ki, təzyiq altında danışıq aparılmamalıdır.

NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 12-də Brüssel görüşlərindən sonra deyib ki, ciddi və birbaşa fikir mübadiləsi aparılıb.

“Aramızdakı ziddiyyətlərə körpü salmaq asan olmayacaq, amma NATO-nun bütün müttəfiqlərinin və Rusiyanın eyni masaya əyləşərək substantiv mövzularda danışması müsbət əlamətdir”, – o vurğulayıb."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam