Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

“ƏVVƏLLƏR BİZDƏN İŞ İSTƏYİRDİLƏR, İNDİ RUSLAR İMKAN VERMİR...” –Ruslar Qarabağda ermənilərlə azərbaycanlılar arasında “divar hörür”

“Əvvəllər Qarabağda yaşayan ermənilər bizim hərbçilərlə ünsiyyətə cəhd edir və hətta Şuşada işləmək istədiklərini deyirdilər. Lakin son vaxtlar rus sülhməramlılar ermənilərin bizim hərbçilərə yaxınlaşmalarına imkan vermir”.

Yenixeber.org:  Bunu dekabrın 27-də Şuşada səfərdə olan jurnalistlərlə söhbətlərində yerli məmurlar deyib.

Qeyd edək ki, Qarabağda yaşayan ermənilər Laçın dəhlizi vasitəsilə Ermənistana və əksinə getmək üçün Şuşada Azərbaycan hərbçilərinin nəzarəti altında olan yoldan istifadə edirlər. Bu yolun bir tərəfində Rusiya sülhməramlıları, bir tərəfində isə Azərbaycan hərbçiləri xidmət aparırlar. Əvvəllər yerli erməni sakinlər burda və digər mövqelərdə Azərbaycan hərbçilərilə ünsiyyətə cəhd ediblər. Lakin yerli məmurun da dediyi kimi, son vaxtlar Rusiya sülhməramlıları buna imkan vermirlər.

 

 

Şuşanın girişi. Azərbaycan əsgəri və Rusiya sülhməramlısı

Burda məqsəd, təbii ki, təhlükəsizliyi qorumaq deyil. Rusların bu qadağasının arxasında siyasi məqsədlər var. Məsələ ondadır ki, 44 günlük müharibədə məğlubiyyətdən, Xankəndini Ermənistanla birləşdirən yollar Azərbaycanın nəzarətinə keçdikdən sonra separatçılığa meyilli əksər ermənilər Qarabağda onların gələcəyinin olmadığına inanmağa başladılar. Bundan sonra yerli erməni əhalinin qarşısında 2 yol qalırdı – köçüb getmək və ya reallıqla barışaraq Azərbaycan vətəndaşlığını qəbul etmək. 

Bu variantların heç biri Rusiyanı qane etmədiyindən Moskva bir tərəfdən erməniləri Qarabağa qaytarmaq və onları orda saxlamaq istiqamətində tədbirlər görməyə başladı, digər tərərfdən isə ermənilərin Azərbaycan dövləti və vətəndaşları ilə ünsiyyətini kəsmək haqda qərar verdi ki, onlar öz aralarında anlaşa bilməsinlər. Buna görə də təhlükəsizlik bəhanəsilə ermənilərin azərbaycanlılarla ünsiyyəti qadağan olunub. Eyni zamanda Qarabağda yenidən təmas xəttinin qurulması və hərbi gərginliyin saxlanması istiqamətində də iş aparılır.

Fikrimizcə, Azərbaycan dövləti Rusiyanın Qarabağda azərbaycanlılarla erməni əsilli vətəndaşlar arasında yenidən “divar hörmək” niyyətinə imkan verməməli, ermənilərlə birbaşa ünsiyyətə cəhd etməklə onlarla iş aparmalıdır. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam