Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"ŞUŞADA TÜRKİYƏ HƏRBİ QARNİZONU YERLƏŞDİRİLMƏLİDİR" -"Rusiyanın təxribatları göz qabağındadır və..."

"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu bir neçə səbəbdən bizim üçün vacibdir".

Yenixeber.org: Belə bir təkliflə politoloq Elxan Şahinoğlu çıxış edib. O, təklifini bir necə vacib məsələlərlə əlaqələndirir:

"Birincisi, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi “nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşa Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək.

İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistanı və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz. Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır. Şuşaya atılan “İskəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu baş verməsin".

 

 

E. Şahinoğlu bildirir ki, əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələsinin həll yolu var: "Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam