Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycan xüsusi təyinatlılarından separatçıların başçısına “səni sağ ələ keçirə bilərik” mesajı -ŞƏRH +FOTO

 

Ermənistanın 10 noyabr bəyanatının 4-cü bəndinin mahiyyətini bulanıqlaşdırmaq cəhdlərinə şahidlik edirik.

Yenixeber.org: Qarabağda genişmiqyaslı hərbi əməliyyatları dayandıran 10 noyabr bəyanatının 4-cü bəndinə bir daha diqqət yetirək:

SİTAT: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Keçən müddət ərzində Azərbaycan tərəfi işğaldan azad edilmiş torpaqlardan separatçı tör-töküntülərin qaldığı ərazilərimizə istiqamətlənən panoramada əhəmiyyətli hərbi üstünlüklər qazanıb.

Bunun detallarına varmadan ümumi mənzərənin təsvirini verək:

1. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xeyli sayda hərbi hissə açılıb, onlar ən müasir silahlarla təchiz olunub,

2. 10 noyabrdan sonra mövqelərdə əhəmiyyətli möhkəmlənmə işləri gedib,

3. Azərbaycan tərəfinin hibrid müharibə elementi sayılan psixoloji basqı yaratması separatçıların revanşist duyğularını düyünə salır.

İndi Azərbaycan ordusu ilə Rusiya sülhməramlıların nəzarət zonasında ilişib qalan separatçıların sərhədini sülhməramlı kontingent ayırır.

Ancaq zamanın geri dönüşü mümkün olmayan axıcılığı separatçıların silahlarını Ermənistanın özünə qarşı yönəldir.

Azərbaycan yaranmış nisbi sakitlik mühitində təbii ki, ehtiyatı əldən vermir və antiterror əməliyyatlarını sülh danışıqları nəticə verməzsə, rezerv tədbir kimi nəzərdən keçirir.

Məhz buna görədir ki, Azərbaycan ordusu münaqişə bitdikdən sonra antiterror əməliyyatlarının gedişatını özündə əks etdirən hərbi təlimlərin sayını artırır.

Bu isə sülhməramlıların kontrolunda qalaraq yardım dilənən Ermənistan ordusunun tör-töküntüləri üçün ciddi siqnaldır.

Azərbaycan ordusu antiterror əməliyyatlarının miqyasını da dar çərçivəyə salmır, demək olar ki, silahlı qüvvələrdə bütünlüklə belə məşqlər edilir.

Müdafiə Nazirliyinin dekabrın 18-də yaydığı rəsmi məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.

Antiterror təlimində diqqət çəkən məqam:

“Həyəcan” siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilir.

Uzun-uzadı izaha ehtiyacı yoxdur, indi sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərində qalan ermənilər ya Azərbaycanın yurisdiksiyası altına keçməyi qəbul etməlidirlər, ya da onlar növbəti zərbəyə tuş gələcəklər.

Azərbaycan yurisdiksiyasının şərtlərini qəbul edən mülki ermənilərə Azərbaycan Konstitusiyasının hüquq və azadlıqları tanınacaq.

Separatçılar isə:

1. Əgər antiterror əməliyyatları keçirilsə, məhv ediləcək,

2. Sağ qalanlar isə Azərbaycan qanunları ilə mühakimə olunacaq.

İndi Ermənistan rəhbərliyi, onun qidalandırdığı separatçıların başçısı Arayik Arutyunyan qarşıdan gələn 4 il ərzindəki müddəti düzgün dəyərləndirməlidir. Əks təqdirdə, ikinci “Dəmir yumruq” əməliyyatının nəticələri ermənilərin lider kimi qəbul etdiklərinin mühakiməsinə qədər gətirib çıxaracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam