Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Bakı erməni terroçuları Yerevana nə üçün təhvil vermədi? - İki gün əvvəl baş verənlərin pərdəarxası

Bakı erməni terroçuları Yerevana nə üçün təhvil vermədi? -  İki gün əvvəl baş verənlərin pərdəarxası

"Aprelin 8-də gecə saatlarında "Erebuni" aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb, demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyini görən kimi tərs üzünü çevirib. Paşinyan - Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Putinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiq olmasını ifadə etməsi ilə hər şeyin yolunda olduğu görünür".

Yenixeber.org: Bu barədə siyasi şərhçi Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, proses o qədər rahat və yolunda görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri Ermənistan parlamnetinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edib:

"Erməni deputat sosial şəbəkədə qeyd etmişdi ki, artıq təyyarə bir saata İrəvana enəcək. Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin. İlkin razılaşmaya görə Azərbaycan tərəfi 15 erməni terrorçusunu qaytamaq üçün razılığını bildirir. Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını tələb edir. Yəni, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır".

Siyasi şərhçi qeyd edib ki, razılaşmanın pozulmasına səbəb erməni administrasiyasının sosial şəbəkədə yaydığı dezinformasiya və əsassız ittihamlar olub:

"Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni adminstrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.) yerinə yetirmir və ittiham tendensiyası başladır. Güman edirəm ki, bu, təyyarənin Bakı aerportundan qalxmasına dəqiqələr qalmış yaşanır. Hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturdulubmuş. Lakin son anda Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz  ki, sırf qapalı qapılar arxsında yaşanan proseslərdir. Çünki terrorçularla bağlı proses yaşanmamışdan az əvvəl Azərbaycan XİN-i İKT nazirlərinin görüşündə bildirib  ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam