Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiyaya Normandiya şilləsi: Almaniya və Fransa Ukraynanın tərəfinə keçdi

 
Moskva Almaniya və Fransanın Donbass məsələsində Minsk razılaşmaları ilə bağlı mövqeyindən narahatdır.
Yenixeber.org: Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bunu bildirib.
Onun sözlərinə görə, Kiyevin Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsində Almaniya və Fransanın inadkarlığı Moskvada yalnız narahatlıq doğura bilər. 
“Həm Donetsk, həm də Luqansk öz öhdəliklərini yerinə yetirirlər. Ukrayna açıq şəkildə bu öhdəliklərdən geri çəkilib. Ukraynaya əl uzatmaq və Kiyevdəki müştərilərini razılaşdırılmış şeyi yerinə yetirməyə məcbur etmək əvəzinə, bizə deyirlər: “Gəlin Normandiya formatında yenidən bir araya gələk””, - Lavrovun vurğulayıb.
Nazirin fikrincə, bu mövqe yaxşı heç nəyə gətirib çıxarmayacaq. O vurğulayıb ki, Berlin və Paris Ukrayna siyasətçilərinin hərəkətlərinə haqq qazandıraraq Minsk razılaşmalarının həyata keçirilməsinə dəstək vermək istəmirlər.
Xatırladaq ki, 2014-cü ildə Rusiya Ukraynanın şərqini işğal etdikdən hardasa 1 ildən sonra problemi sülh yoluyla həll etmək üçün Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri Minskdə bir araya gəlmişdilər. Tərəflər münaqişənin sülh yolu ilə həllinə dair saziş imzalamışdılar. Bu problemin həlli üçün tədbirlər kompleksi Minsk razılaşmaları adlanır. İdeyalar isə hələ də reallaşdırılmamış qalır.
Lavrovun çıxışından belə anlaşılır ki, indiyədək bir sıra məsələlərdə Rusiyanın mövqeyini müdafiə edən Almaniya və Fransa artıq Ukraynanın suverenlik hüquqlarını daha ciddi şəkildə müdafiə etməyə başlayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam