Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Normandiya dördlüyü" -XİN başçılarının görüşü keçirilə bilər

Normandiya dördlüyü XİN başçılarının görüşü keçirilə bilər

“Normandiya dördlüyü” ölkələrinin xarici işlər nazirləri arasında sentyabr ayında görüş keçirilə bilər.

Yenixeber.org: Bu barədə Almaniyanın xarici işlər naziri Heiko Maas Kiyev şəhərində ukraynalı həmkarı Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib.

“Normandiya formatında xarici işlər nazirləri səviyyəsində sentyabr ayında görüşümüzün baş tutması üçün təkcə Paris zirvə görüşündə əldə edilənləri təkrarlamaq üçün yox, həmin qərarları necə həyata keçirmək haqqında söhbət açmaq üçün görüşəcəyimizi bütün aidiyyəti tərəflər gözəl başa düşür”.

Almaniyalı nazir qarşıdakı görüşün gündəliyinə “Şteinmayer düsturu”, Donbasda seçkilərin keçirilməsi, Ukrayna-Rusiya sərhədində səlahiyyət bölgüsü kimi məsələlərin daxil oluna biləcəyini də qeyd edib.

Xatırladaq ki, 2014-cü ildə Rusiyaya bağlı qeyri-rəsmi silahlı birləşmələrin Ukraynanın cənub-şərq bölgəsini işğal etmələri ilə başlayan hərbi münaqişəni həll etmək üçün yaradılan “Normandiya dördlüyü”nə Almaniya, Fransa, Ukrayna, Rusiya daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam