Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ukrayna üçün də “cəhənnəmə getdi status” –Vaşinqtondan Kiyevə möhtəşəm dəstək


“Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ hakimiyyəti arasında danışıqlar zamanı Donsbasdakı vəziyyətin həlli üçün Minsk formatının dəyişdirilməsi və ya ondan imtina edilməsi məsələsi qaldırılmayıb”.
Yenixeber.org: Ukrayna liderinin Administrasiya rəhbəri Andrey Yermak media açıqlamasında bunu bildirib.
Onun sözlərinə görə, ABŞ yetkililəri görüşlərdə "Ukraynaya savaşı dayandırmaq, təsirl vəi sabit təhlükəsizlik sistemi yaratmaq üçün əllərindən gələn hər şeyi etməyə" hazır olduqlarını təsdiqləyiblər. Bundan əlavə, görüşlərdə "Ukraynanın təhlükəsizliyi məsələsinin qlobal həllinə ABŞ -ın cəlb edilməsi məsələsinə də baxılıb". Bu isə o deməkdir ki, Ukraynanın problemləri bundan sonra Vaşinqtonun nəzarəti altında öz həllini tapacaq.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç də hesab edir ki, Minsk razılaşmaları artıq Ukraynanın gündəmindən çıxıb, çünki bu sənəd Zelenski və Baydenin imzaladığı birgə bəyannamədə qeyd olunmayıb. "Zelenskinin Vaşinqtona səfərindən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın "Minsk müqavilələrinin çəngəlliyindən çıxa bilməyəcəyini" söyləmişdi. Artıq, bu çəngəllik yoxdur", - deyə o, Shariy.net-ə açıqlamasında deyib. 

 
Qeyd edək ki, 2014-cü ildə Rusiya Ukraynanın Donbass və Krım bölgələrini işğal edəndə sonra Avropa liderləri II Dünya Müharibəsinin taleyini dəyişən Normandiya əməliyyatının 70-ci il dönümü münasibətilə Fransanın şimal sahillərində bir araya gəlmişdilər. Təntənəli toplantıdan sonra vaxt tapıb görüşən Fransa, Almaniya, Ukrayna və Rusiya liderləri Donbass və Krım məsələlərini müzakirə etmişdilər. Zahiri görünüşə görə, adi bir təsadüfdən başlayan bu görüşlə Krım və Donbass müzakirələrinin də əsası qoyulmuşdu. Daha sonra liderlər 2015-ci il 11-12 fevral tarixində Minskdə görüşlərini davam etdirmiş, 17 saat sürən danışıqlar nəticəsində bəzi məsələlərdə razılığa gəlmiş və bu barədə Bəyannamə imzalamışdılar. Beləcə, Ukraynanın problemini müzakirə edən Minsk formatı ortaya çıxmışdi. 
 
Minsk formatının əsasını bəzən “Ştaynmayer formulu” adlandırılan prinsiplər təşkil edir. Belə ki, 2016-cı ildə Almaniyanın o dövrdəki Xarici İşlər naziri Frank-Valter Ştaynmayer tərəfindən hazırlanan təkliflər paketi Normandiya dördlüyünün üzərində dayandığı əsas yol xəritəsinə çevrildi.  Bu formulun qısa məğzi belədir: Ukrayna əsgərləri və Rusiya tərəfindən dəstəklənən separatizm tərəfdarları etimad tədbirləri çərçivəsində tədricən qoşunlarını Donbassdan geri çəkməli, bundan sonra ATƏT-in müşahidəsi altında  seçkilər keçirilməli və nəhayət, bölgə muxtariyyət statusu alaraq özünü idarə etməlidir. Əslində Ukraynanın maraqlarını ifadə etməyən bu formula Rusiya da tam əməl etmirdi. Nəticədə Kiyev faktiki olaraq Ştaynmayer formulundan imtina etməli oldu.


 
Zelenskinin ABŞ səfərində keçirdiyi görüşlərdə Minsk formatının ümumiyyətlə gündəmə gətirilməməsi Ukraynada Vaşinqtonun Kiyevi dəstəkləməsi kimi qəbul olunub və hökumət nümayəndələrinin açıqlamaları da göstərir ki, onlar artıq bu məsələni gündəmə gətirmək fikrində deyillər. Dolayısıyla Donbassdakı rus separatçılarına hər hansı status verməkdən söhbət gedə bilməz. Bizim klassik təbirlə desək, “cəhənnəmə getdi status”.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam