Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın Azərbaycan torpaqlarında təxribatları terror hücumudur -Çavuşoğlu

Ermənistanın Azərbaycan torpaqlarında təxribatları terror hücumudur - Çavuşoğlu (VİDEO)

Ermənistanın Azərbaycan torpaqlarında təxribatları terror hücumudur.

Yenixeber.org: Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əl-Zayani ilə birgə mətbuat konfransı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan yalnız deyil və heç vaxt yalnız olmayacaq.

"Ermənistanın Azərbaycan torpaqlarında təxribatları terror hücumudur. Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi hazırlanması təklifi ilə müraciət edib. Yəni müharibəni qazanan və güclü olan tərəf bunu edib. Ermənistan isə atəşkəsdən dərhal sonra hərbçilərini Azərbaycan torpaqlarına sızdıraraq Azərbaycan əsgərinə hücum edib. Bunlar yanlış yanaşmalardır" - deyə, M.Çavuşoğlu vurğulayıb.

Nazir əlavə edib ki, regionun sabitliyi üçün birlikdə addım atmaq lazımdır. Ermənistan buna hazırdırsa, biz də hazırıq. Amma təxribatlarla yalnız itirəcəklər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam