"İŞĞAL EDİLMİŞ TORPAQLARIN HAMISI AZƏRBAYCANA VERİLƏCƏK" -"Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək"
“İşğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var”.
Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
“Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, - o qeyd edib.
“Atəşkəsin və sonra qurulacaq mexanizmin daimi sülh və sabitliyə vəsilə olmasına diləyirik. Ümid edirik, Ermənistan keçmişdəki səhvlərindən dərs alıb. Başqa ölkənin ərazisində səltənət sonsuzadək davam edə bilməz”- deyə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Əlbəttə, bu atəşkəs və başladılan proses nəticəsində daimi həll qardaş Azərbaycanın ərazi bütövlüyü və bu günədək qəbul edilən qərarlar və beynəlxalq hüquq çərçivəsində nəticələnməlidir. Bundan Ermənistan xalqı da faydalanacaq”, - o qeyd edib.
“Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”- deyə, Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq: “Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq” .
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq: “Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik
“Atəşkəsə nəzarət mərkəzinin işində Rusiyanın fəaliyyəti nə olacaqsa, Türkiyənin də fəaliyyəti o olacaq”- deyə, Mövlud Çavuşoğlu brifinqdə bildirib.
Onun sözlərinə görə, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək: “Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Həmçinin həmin mərkəzdə Türkiyənin olması da Azərbaycan xalqının istəyi idi”.