Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Ombudsmanı -Ermənistanın təxribatları ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Ombudsmanı Ermənistanın təxribatları ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Yenixeber.org: Açıqlamada deyilir:

"Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir.

Belə ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlamışdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş sülhə təhdid olan bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir və dünya ictimaiyyətini, müvafiq beynəlxalq təşkilatları Ermənistanın bu əməllərindən çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırırıq".

Qeyd edək ki, Ombudsman Aparatı daha əvvəl də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yaymışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam