Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tehran Moskvadan əliboş qayıdır: -Lavrov Abdullahiana nəyi izah etdi?

Tehran Moskvadan əliboş qayıdır: Lavrov Abdullahiana nəyi izah etdi?

Tehran Moskvada istədiyini ala bilməyib: Lavrov-Abdullahian görüşü ilə bağlı açıqlamalar bu nəticəni önə çıxarır.

Yenixeber.org: Lavrovun mətbuat konfransında Cənubi Qafqazla bağlı fikirləri iki hissədən ibarət idi:

Birincisi, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolunun göstərilməsi;
İkincisi, “altılıq platforması”nın (3+3) yaradılmasının vacibliyi;


Abdullahian dünən Moskvada görüşdən öncə bildirdi ki, “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir. Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək”.

İran görüşdə öz istəklərini – Zəngəzur dəhlizinin açılmasının maraqlarına zidd olduğunu, əgər açılacaqsa, İranın bölgədəki maraqlarının necə olacağını – çatdırıb. Rusiyanın nə cavab verdiyini Lavrovun açıqlamasından anlamaq olar.

Moskva Tehrana bildirir ki, Qarabağ münaqişəsini Rusiya həll edib, regionun gələcəyi də rusların vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində olacaq.

- Kommunikasiyalar açılacaq;
- Zəngəzur dəhlizi olacaq;
- İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşacaq;


Bu, İranın Cənubi Qafqazda yeganə kartının – Ermənistanın – da əlindən çıxması deməkdir. Tehranın Bakıya hücumları, Abdullahianın Moskvaya səfəri də Ermənistanın Ankara-Bakı-Moskva masasına qoşulmasından sonrakı vəziyyəti anlamaq, maraqlarını qorumaq məqsədi daşıyır.

Moskva Tehrana iki məsələni izah edib:

- Qafqazdakı yeni reallığın qarantı Türkiyə və Rusiyadır;
- İran üçün bölgədə varlığının davam etməsinin yeganə yolu “3+3” formatına qoşulmaqdır;


Tehranın Moskvadan “əliboş” dönməsi İranı çıxılmaz vəziyyətə salır. Və görünür, İranda çıxış yolunun “əzələ nümayişi” olduğunu düşünənlərin qərarlara təsir gücü hazırda daha çoxdur: bu, Azərbaycana qarşı təzyiqi gücləndirəcəkləri gözləntisini də artırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam