Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin-Ərdoğan görüşü öncəsi gərginlik pik həddə: -“Rus ordusu əməliyyata başlasa...”

Putin-Ərdoğan görüşü öncəsi gərginlik pik həddə: “Rus ordusu əməliyyata başlasa…”

“Rusiya Putin-Ərdoğan görüşündən əvvəl Suriyada Türkiyəyə qarşı təzyiqləri artırmağa çalışır”.

Yenixeber.org: Bunu türk siyasi ekspert Məhmət Acət deyib.

Ekspert rusların Soçi görüşündən əvvəl İdlibdəki bu hücumlarla əlini gücləndirməyə çalışdığını bildirib:

“Havadan edilən hücumlara baxmayaraq indiyə qədər quru əməliyyatının aparılmaması, bu gərginliyin daha da uzağa getməyəcəyinə işarədir. Amma Rusiya və Əsəd rejimi quru əməliyyatlarına keçsə, bu, İdlibdə gərginliyin yenidən qızışacağı anlamına gələcək”.

Onun sözlərinə görə, ötən il martın 5-də Rusiya və Türkiyə arasında atəşkəs anlaşmasının imzalanmasından sonra silahların uzun müddət susduğu İdlibdən bu səssizliyin pozulduğunu göstərən xəbərlər gəlir:

“Rus döyüş təyyarələri mülki hədəfləri vuran Əsəd ordusunu müşayiət edir. Suriyada əsasən Türkiyəyə yaxın müxalif qrupları hədəf alan ruslar son hava hücumlarında Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusunun YPG-yə qarşı mövqe tutduğu yerləri vurdu. Bu hücumlardan sonra Suriya Milli Ordusu itkilər verdi. Eyni zamanda Əsəd rejiminə aid bölmələr mülki hədəflərə qarşı hücuma keçdi. Dünən Müdafiə naziri Hulusi Akar rusların Suriyanın şimalındakı hava hücumları ilə bağlı addımlarını diqqətlə izlədiklərini deyib. O, son vaxtlar bölgədə hava hücumlarında artımın olduğunu söyləyib.

Hesab etmək olar ki, ruslar Soçi görüşündən əvvəl əllərini gücləndirməyə çalışırlar. Əsəd rejimi və rusların bu hücumlarından sonra atəşkəs anlaşması təhlükə qarşısında qalıb. Amma hava hücumlarına baxmayaraq indiyə qədər quru əməliyyatının aparılmaması bu gərginliyin daha da uzana bilməyəcəyinə işarədir. Rusiya və Əsəd rejimi quru əməliyyatı ilə hücumları davam etdirmək istəsələr, İdlibdəki gərginlik yenidən qızışacaq.”

Məhmət Acət qeyd edib ki, Əsədin qoşunları 2020-ci ilin fevralında rusların dəstəyi ilə qurudan irəliləyərək İdlibin mərkəzinə yaxınlaşmışdı:

“Həmin vaxt bölgədəki bir çox türk hərbi bazası mühasirəyə alınmışdı. 34 əsgərimizin şəhid olduğu hava hücumundan sonra rejim qoşunları PUA-ların iştirakı ilə başlayan əməliyyatlarda ağır itkilər verdilər. Amma proses martın 5-də imzalanan atəşkəs anlaşmasıyla yenidən sakitləşdirildi”./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam