Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğan-Putin görüşü:  İdlib gərginliyi aradan qalxacaqmı?

Ərdoğan-Putin görüşü: İdlib gərginliyi aradan qalxacaqmı?

Martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya birgünlük səfər edəcək.

Yenixeber.org: Səfər Suriyanın İdlib bölgəsində yaranmış gərgin vəziyyətlə bağlıdır. Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin məhz bu məsələni müzakirə edəcəyi bildirilir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, həm Türkiyə, həm də Rusiya 5 mart görüşünə ciddi hazırlaşır.

"Həmçinin hər iki tərəf bu görüşə qədər Suriyada mövqelərini gücləndirməyə çalışırlar. Türkiyə ordusu İdlib ətrafında Əsəd rejiminin mövqelərini darmadağın edir və sahədə əlini gücləndirir, buna cavab olaraq da Rusiya hərbi birlikləri Suriya silahlı müxalifətinin bir neçə gün əvvəl ələ keçirdiyi kiçik qəsəbələri yenidən nəzarət altına ala bilir. Sahədə güclü olan masada da güclü olacaq", deyə politoloq bildirib.

Elxan Şahinoğlunun fikrincə, Türkiyənin əsas marağı odur ki, İdlib ətrafında yenidən atəşkəs elan olunsun və Əsəd rejiminə bağlı qüvvələr Soçi anlaşmasına uyğun olaraq geri çəkilsinlər. Rusiyanın isə marağı odur ki, Türkiyə Soçi anlaşmasına görə İdlibdə terrorçuları silahlı müxalifətdən ayırsın və terrorçular Rusiyanın yaxınlıqdakı hərbi bazasına hücumlar həyata keçirə bilməsinlər.

"Fərqli maraqlardır. Rusiya İdlibi terrorçuların son qalası hesab edir və bu şəhəri gec və ya tez ələ keçirməyi vacib sayır. Türkiyə üçün İdlibdəki terrorçuları neytrallaşdırmaq çətindir. Çünki, Suriyada 9 illik müharibədən sonra terrorçuların böyük əksəriyyəti İdlibdə toplanıb. Onların sayı on minlərlədir. Türkiyə onları hamısını neytrallaşdıra bilməz. Öz növbəsində terrorçular da təslim olmayacaqlar. Çünki anlayırlar ki, Əsəd rejiminə təslim olsalar, özlərini və ailələrini ölüm gözləyir. Ona görə də terrorçular savaşmağa üstünlük verirlər. Belə olan halda Ərdoğan və Putin Moskvada yenə nəyəsə anlaşsalar belə, bu müvəqqəti xarakter daşıyacaq",- deyə politoloq əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam