Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“SÜLHMƏRAMLILARA ULTİMATUM VERİLMƏLİDİR!” –“Onlar nə işə yarayırlar?”

“Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki ermənilərin bizə verdiyi xəritələr yalandır".

Yenixeber.org: Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

Deputat Ağdərədə əsir götürülən hərbçimiz haqda da danışıb: "Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma “milli təhlükəsizlik xidməti” deyir ki, həmin hərbçi guya “arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var? Bu nə deməkdir? Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar? Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı özbaşına tərk etməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar? Bundan başqa, Rusiya sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”.

Deputat deyir ki, Azərbaycan hərbçinin geri qaytarılmasını tələb etməlidir: “Qaytarmasalar, gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir. Saxlanılan şəxs bizim vətəndaşımızdır. Müdafiə Nazirliyi belə çıxış etməli deyil ki, onun haqqında cinayət işi qaldırmışıq, ayıbdır, vallah ayıbdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam