Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xankəndi ermənilərinin taleyi necə olacaq? “ -...rədd olub gedəcəklər!”

Xankəndi ermənilərinin taleyi necə olacaq? “...rədd olub gedəcəklər!”

44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyev mayın 28-də Ağdamda ilk yaşayış binasının bünövrəsini qoyub.

Yenixeber.org: Maraqlıdır, bərpa prosesinə niyə məhz Ağdamdan başlanılıb?

Mövzu barədə Milli Məclis deputatı Aqil Abbas vurğulayıb ki, hələ Pənahəli xanın  dövründə Ağdam Qarbağın ticarət mərkəzi olub:

“Hətta paytaxtı da deyə bilərik. Pənah xanın Qarabağla bağlı verdiyi bir sıra fərmanlar var. Ağdam nə deməkdir?  Ağdamdan Füzuliyə, Bərdəyə, Ağcabədiyə 48, Tərtərə 38, Ağdərəyə 34, Şuşaya 37, Xankəndinə 25, Laçına 73, Kəlbəcərə isə 80 kilometr məsafə var. Yəni Qarabağın düz mərkəzində yerləşir. Məhz ona görə hələ Pənahəli xanın dövründə ora seçilərək mərkəz edilmişdi. 

Mən həmin tarix haqqında həm roman yazmışam, həm də yalan olmasın min mənbəyə baxmışam. Həmin dövrdə kim Ağdama investisiya qoysa, ondan vergi tutulmayıb. Ona görə də Qarabağın ətrafında yaşayanlar gəlib Ağdamda sex, dükan, ticarət mərkəzi açıblar. Ağdamın sürətli inkişafının səbəblərindən biri də Pənah xanın həmin o fərmanı idi”.

Aqil Abbas diqqətə çatdırıb ki, prosesin Ağdamdan başlamasında həm tarixi ənənə rol oynayıb, həm də inkişaf planında Ağdam gedib Əsgərana birləşir:

“Əsgərandan 15-16 kilometr o tərəfdə isə Xankəndi yerləşir. Yəni ermənilərin gözünün qarşısında yeni Ağdam, nümunəvi şəhər inşa edilir. Xankəndində təxminən 40-45 min əhali yaşayırdı, onun da 30 faizi azərbaycanlı idi. Hələ ki biz erməniləri oradan qovub çıxarmamışıq. Əgər istəsələr, vətəndaşlıq alıb qalarlar, yox istəməzlərsə, rədd olub gedəcəklər. Xankəndi indi Ağdamın kölgəsində qalır, əvvəl də elə kölgəsində idi. Şuşadakı məscid kimi bir məscid Ağdamda da inşa olunacaq. Bu, Xankəndindən görünən bir məscid olacaq. 

Təməlin qoyulma günü də önəmlidir. 28 May-Azərbaycanın istiqlal qazandığı gündə bu hadisə baş verdi. Yəni bu, yeni Ağdamın istiqlalıdır, subyektiv fikrim belədir, Prezident də bu barədə çıxışlarında işarə verib. Bütün bu səbəblərə görə Ağdamdan başlanıldı, onun simvolları nəzərə alındı və təxminən 11 obyektin təməli qoyuldu. Bu isə ümumilikdə, yeni şəhərin təməli idi”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam