Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ermənistanı Bakıya qarşı yeni avantüraya sürükləyənlər -Qərb, yoxsa Rusiya?

 

“İlana zəhər verən kərtənkələlər” qaldıqca bölgədə böyük sülh əlçatmaz olacaq; İrəvanı növbəti ağır məğlubiyyət gözləyir...

Yenixeber.org: Azərbaycan dövlətinin razılığı və icazəsi ilə Qarabağda müvəqqəti (5 illiyə) yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı cəmiyyətimizdə yaranan suallar 10 noyabr kapitulyasiya aktının ildönümü yaxınlaşdıqca azalmaq əvəzinə artır. Söhbət yalnızca sülhməramlı missiya barədə vaxtaşırı Rusiya Müdafiə Nazirliyinin yaydığı press-relizlərdə Azərbaycan Konstitusiyası və qanunlarına zidd olaraq, hələ də “Dağlıq Qarabağ”, “Stepanakert”, “Martuni” kimi söz və ifadələrin işlənməsindən, erməni əhalinin sayını süni şəkildə şişirtməkdən və ya ermənilərə hərbi mövzuda interaktiv dərslər keçməkdən getmir.

Bunlar öz yerində. Söhbət həmçinin ərazimizdəki Rusiya hərbçilərinin sülhməramlı missiyaya dəxli olmayan fəaliyyətlərindən, o sırada müntəzəm şəkildə ağır silahlar  da daxil, hərbi təlimlər keçirməsindən və separatçı-quldur qalıqlarını himayə eləməsindən gedir. Srağagün Rusiya MN bu xüsusda növbəti təxribatçı press-reliz yayıb. Orada bildirilir ki, “Rusiya sülhməramlı kontingentinin hərbçiləri döyüş hazırlığı üzrə planlı təlimlər çərçivəsində Stepanakert (Xankəndi - red.) poliqonunda yeni ”köçəri" minaatanın müasir döyüş taktikasını sınaqdan keçirmək üçün təlimlərə başlayıb".

*****

Qarabağda rus sülhməramlıları: Gürcüstan və Moldova Rusiya hərbçiləri öz  ərazilərindən çıxara bilmir - YouTube

Bəs görəsən, Rusiya hərbçilərinin Qarabağda bu kimi ciddi hazırlıqları nə ilə bağlıdır və ən əsası, bu təlimlər kimə qarşıdır? Hər halda, hələ də orada gizlənib qalan qanunsuz erməni silahlı dəstələrinə qarşı deyil. Hansı dəstələr ki, məhz rus hərbçiləri Qarabağa gələn kimi, yəni çoxdan oradan çıxarılmalı və ya tərk-silah olunmalı idi. Bunu Ermənistanın imza atdığı kapitulyasiya aktının 4-cü bəndi birbaşa tələb edir. Amma silahlı quldurlar bu gün də orada, ərazimizdədir. Özlərini də çox rahat hiss edir, hətta ara-sıra yeni “peşəkar ordu quruculuğundan” dəm vururlar.

Bu harasıdır, etibarlı mənbələrdən “Caliber”ə daxil olan məlumatlara görə, son günlər Ermənistan silahlı qüvvələri aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilir. Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan süjetdə konkret faktlar da göstərilir. “Məlumata əsasən, Ermənistan 12 ”KamAZ", 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyəti qeyd olunan ərazilərə daşıyır. Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir", - deyə videomaterialda qeyd olunur.

Bütün bunlar ilk növbədə Rusiya lideri Putinin də imzasının durduğu 10 noyabr üçtərəfli sənədinin, konkret olaraq onun 4-cü bəndinin kobud şəkildə pozulmasıdır. Rusiyaya qarşı onsuz da zəif olan Azərbaycan ictimai rəyini daha da zəiflədən, hətta sarsıdan faktlardır...   

*****

Artıq Rusiya ekspert dairəsində proseslərin bu şəkildə inkişafının Moskva üçün arzuolunmaz nəticələrə gətirə biləcəyi haqda xəbərdarlıqlar eşidilməyə başlayıb.

Məsələn, tanınmış hərbi ekspert İqor Korotçenko hesab edir ki, Rusiya siyasi təsir vasitələrini işə salaraq üçtərəfli bəyanatın müddəalarını Paşinyana icra etdirməlidir. İrəvanın son vaxtlar özünü daha riyakar, destruktiv və sinik aparmasından danışan Korotçenko bildirib ki, Azərbaycanla sərhəddə rusiyalı sülhməramlıların yerləşdirilməsi təklifi də Paşinaynın təxribatdır.

Oxu.az - İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ  əzəli Azərbaycan torpağıdır” - MÜSAHİBƏ

İqor Korotçenko

Politoloq tamamilə haqlı olaraq qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə Ermənistan silahlı qüvvələrinin qalması mövcud razılaşmaların pozulması deməkdir: “Ermənistan məlum üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Onların başlıca məqsədi Azərbaycanla sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyasına dair sənəd imzalamamaq, Zəngəzur dəhlizi layihəsini həyata keçirməmək, bütövlükdə regionda nəqliyyat yollarının açılmasından boyun qaçırmaq üçün bəhanə tapmaqdır. Məhz bunun üçün sərhəddə təxribatlar törədilir. Bunlar Ermənistanın onillər boyu əl atdığı taktikadır”.

Ekspertin qənaətincə, sırf destruktiv mövqe tutan Ermənistan Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə xələl gətirir: “Bu, dünən də belə olub, indi də belədir, çünki erməni millətçiliyinin mahiyyəti dəyişməz qalıb”.

Ancaq o da acı gerçəklikdir ki, “erməni millətçiliyinin mahiyyətinin dəyişməz qalması”nda maraqlı olan qüvvələr, “ilana zəhər verən kərtənkələlər” var. Biri elə Rusiya. Bu “kərtənkələlər” qaldıqca bölgədə böyük sülh də əlçatmaz olacaq. Altını isə ən çox ermənilər və onun havadarları çəkəcək...

*****

“Nikol Paşinyan növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanla konfrontasiya kursu götürüb”.

Bu barədə sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov öz Facebook səhifəsində yazıb. 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Keçmiş diplomat bildirib: “Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, sülh müqaviləsi imzalamaq istəmir və Qarabağın ermənilər məskunlaşan ərazilərinin ölkəmizdən qoparılması layihəsinin həyata keçirilməsini davam etdirmək niyyətindədir. O, 10 noyabr Bəyannaməsi ilə götürülmüş öhdəliklərin bir hissəsini yerinə yetirməkdən imtina edir. Onlar bunlardır: a) Azərbaycan ərazisində Ermənistan Respublikasının silahlı qüvvələrinin identifikasiya edilməsi və tamamilə çıxarılması; b) Naxçıvanın Kərki kəndinin və Qazağın 7 kəndinin azad edilməsi; c) Naxçıvana eksteritorial (Rusiya Federasiyası FSB-nin sərhəd qoşunlarının nəzarəti altında) Zəngəzur dəhlizini təmin etmək”.

Politoloqun sözlərinə görə, bu siyasətin ciddi risklərini dərk edən Paşinyan Azərbaycanın ehtimal olunan sərt cavab tədbirlərindən sığortalanmaq üçün “canlı qalxan” qismində özünün də tanımaq istəmədiyi sərhəd boyunca istənilən beynəlxalq qurumun qüvvələrinin yerləşməsinə çalışır.

Lakin onun qənaətincə, bu avantürist kursun nəticəsi Ermənistan üçün yalnız yeni məğlubiyyət olacaq. “Üstəlik, bu cəhdlər Rusiyanın, eləcə də ABŞ və Fransanın 10 noyabr Bəyannaməsinin müddəalarının həyata keçirilməsinə alternativ olmadığını açıq şəkildə bəyan etdiyi bir şəraitdə baş verir. Paşinyanın bu siyasəti Azərbaycana beynəlxalq hüquq çərçivəsində güc tətbiq eləməklə qarşılıq vermək hüququ verir”, - Zülfüqarov vurğulayıb.

Yəqin ki, belə də olacaq, əgər rəsmi İrəvan Rusiyadakı və Qərbdəki havadarlarının boş vədlərinə aldanıb indiki avantürist siyasətinə davam edərsə...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam