Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYA HƏRBÇİLƏRİ ƏSKİPARA KƏNDİNƏ YERLƏŞİR... -Erməniləri qoruyacaqlar, yoxsa...?

Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində Rusiya sərhədçilərinin yerləşdirilməsi yerli erməni sakinlər arasında birmənalı qarşılanmır. “Azadlıq” radiosunun erməni xidməti yazır ki, sakinlər Rusiya sərhədçilərinin nə məqsədlə gəlməsindən, hakimiyyətin sərhəddə demorkasiya işlərinə nə vaxt başlanacağı barədə məlumat verməməsindən narahatdırlar.

Yenixeber.org: Xəbər verildiyi kimi, Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində Rusiya sərhədçilərinin görünməsi haqda xəbərlər, fotolar daha əvvəldən sosial şəbəkələrdə yayılırdı. Nəhayət Ermənistanın Müdafiə Nazirliyi avqustun 5-də Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan bu bölgədə-xüsusilə də Əskipara kəndi ərazisində Rusiya sərhədçilərinin yerləşdirilməsi barədə məlumat yayıb.

Amma “Azadlıq” radiosunun erməni xidməti yazır ki, nazirlik Rusiya hərbçilərinin yerləşdirilməsinin detalları barədə heç bir məlumat verməyib, təkcə onu bildirib ki, orda sərhədçilər üçün obyektlər tikiləcək. Radionun əməkdaşları Əskipara kəndində ruslar üçün tikilməkdə olan obyektə yaxınlaşmağa çalışıblar, amma Rusiya sərhədçiləri onları hərbi obyekti tərk etməyə və çəkiliş aparmamağa çağırıblar.

Noyemberyan icmasının rəhbəri də məlumat verməkdən imtina edib, deyib ki, bunu Müdafiə Nazirliyinin özündən soruşmaq lazımdır. Kənd sakinləri isə Rusiya sərhədçilərinin gəlişini müxtəlif cür yozurlar. Bəziləri rusların gəlişindən məmnundur və onları ermənilərin dostu sayır, digərləri isə deyir ki, ruslar sərhədə xoş niyyətlə gəlməyiblər.

Əskiparada yaşayan Jora Sepxanyan adlı yaşlı müəllim qorxur ki, sərhədlərin demarkasiyası onların xeyrinə olmaya bilər. Deyir ki, 90-cı illər Qarabağ müharibəsi zamanı Azərbaycan kəndləri olan Yuxarı və Aşağı Əskipara onların nəzarətinə keçib və indi bu kəndlərin qaytarılması onlara ciddi problemlər yaradacaq.

“Əgər demarkasiya nəticəsində bu torpaqları onlara qaytarsalar, camaat bunu qəbul etməyəcək. Təhlükə yenə qalacaq və gənclər gedəcək. Mənim 80 yaşım var və bilirəm ki, bu torpaqları qaytaran, ermənilərin düşməni olacaq. Belə halda Kirovakana yol açılacaq”- deyə o, vurğulayıb.

Qeyd edək ki, 44 günlük son Qarabağ savaşı və 3 tərəfli atəşkəs razılaşmasından sonra, mətbuatda, Ermənistanın Tavuş vilayəti ilə həmsərhəd olan Azərbaycanın Qazax rayonunun anklav kəndlərinin yenidən Azərbaycana qaytarılması barədə məlumatlar dolaşır.

1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub. Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır. Ermənistanın ərazisində olan Əskipara kəndi isə Yuxarı və Aşağı Əskipara kəndləri arasında yerləşməklə onları Azərbaycanın əsas kəndlərindən ayırırdı.

İndi Ermənistanda bir çox ekspertlər belə düşünür ki, rusların məhz Əskiparada yerləşməsi Qazaxın kəndlərinin geri qaytarılmasına hazırlıqdır və Rusiya sərhədçiləri Azərbaycanın eksklav ərazilərinə gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün orada yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam