Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kreml -Qarabağdakı gələcək planlarımızdan narahatdır

Rusiya Liberal Demokrat Partiyasının lideri, şovinist deputat Vladimir Jirinovski Rusiya radiosuna verdiyi müsahibədə Azərbaycanı və prezident İlham Əliyevi hədələyib. Jirinovski Qarabağda yerləşdirilən rus hərbçilərinin həyatına təhlükə yaranacağı halda bunun Azərbaycan və prezident İlham Əliyev üçün baha başa gələcəyini iddia edib.

Yenixeber.org: Rəsmi Bakı Vladimir Jirinovskinin bu açıqlamasına dərhal reaksiya verdi. Azərbaycan parlamentinin bir çox deputatı Jirinovskini sərt tənqid etdi. Bundan başqa Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi. Rəsmi Bakı Moskvanı strareji tərəfdaş adlandırsa da, Azərbaycan Xarici İşlər Nazirliyinin say etibarilə ən çox nota verdiyi ölkə Rusiyadır. Bu günümüzün reallığıdır və Azərbaycana ünvanlanmış təxribatların əsas istiqamətini göstərir.

Vladimir Jirinovski ilk dəfə deyil ki, Azərbaycana qarşı təxribatçı açıqlama verir. Jirinovski Türkiyəyə qarşı da təxribatçı açıqlamalar səsləndirir. Halbuki, Vladimir Jirinovski bir neçə dəfə Türkiyədə və Azərbaycanda olub. Jirinovski bir neçə il əvvəl Bakıda prezident İlham Əliyevlə görüşmüşdü. Görünür, bu görüşü təşkil edənlər Vladimir Jirinovskinin Azərbaycana münasibətinin müsbətə doğru dəyişəcəyini gözləyirdilər. Anti-türk münasibəti dəyişmədi, qozbeli qəbir düzəldər.

Kreml rəsmi Bakının siyasətindən narazıdır və Jirinovski növbəti təxribatçı açıqlamasıyla Rusiya hakimiyyətinin sifarişini yerinə yetirib. Rəsmi Bakı Qarabağdakı rusiyalı hərbçilərin 5 illik varlığını “müvəqqəti” sözüylə ifadə edir. Bu o deməkdir, 4 ildən sonra (5 illik müddətin 1 ili artıq arxada qalmaq üzrədir) rusiyalı hərbçilərin Qarabağı tərk etməsi aktuallaşacaq. İndinin özündə bu fəaliyyət Azərbaycanda ciddi narahatlıq yaradır.

Birincisi, rusiyalı hərbçilər Qarabağdakı erməni separatçılarını tərksilah etmir və onlarla müxtəlif iqtiqamətlərdə əməkdaşlıqlarını davam etdirirlər.

İkincisi, rusiyalı hərbçilər Qarabağa daha çox erməninin qayıdışını təmin etmək məqsədilə orada yaşayış yerləri və iaşə obyekləri tikirlər, Rusiyadan ev heyvanları gətirirlər və s.

Əlbəttə, rəsmi Bakı Qarabağda erməni əhalisinin yaşamasının əleyhinə deyil. Ancaq əgər Qarabağda yaşayan ermənilər separatçılara tabe olub Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəklərsə, onların Azərbaycan torpaqlarını tərk etməsi aktuallaşacaq. Rusiya hərbçiləri isə bunun əksinə olaraq Qarabağda Azərbaycan qanunlarına tabe olmayan ermənilərin sayını artırmağa çalışırlar. Ona görə də bu məsələdə Bakı ilə Moskva arasında fikir ixtilafı getdikcə gərginləşəcək.

Bundan başqa rəsmi Bakı hələ işğal altında olan məntəqələrin geri qaytarılmasını və həmin məntəqələrə azərbaycanlıların geri qayıdışını təmin etməlidir. Misal üçün azərbaycanlıların yaşadığı Şuşanın əksər kəndi və Xocalı rayonunu bir hissəsi işğal altındadır. Bu işğala da son qoyulmalıdır. 10 noyabr bəyanatına görə Rusiya hərbçiləri həmin kəndlərin, o cümlədən Xocalı rayonunun tamamının Azərbaycanın müvafiq strukturlarının nəzarətinə qaydışını təmin etməlidir. Rusiya hərbçiləri bunu təmin etməsələr, Azərbaycan ordusu müvafiq addımlar atmaq məcburiyyətində qalacaq.

Aydındır ki, Bakının bu planları Moskvanın xoşuna gəlmir. Ona görə də yenə Vladimir Jirinovskini irəli sürüb, onun təxribatçı diliylə Azərbaycanı hədələyirlər. Jirinovskinin Azərbaycan əleyhinə keçmiş təxribatçı açıqlamaları cavabsız qalıb. Bu dəfə mütləq cavab verilməliydi və bununla Jirinovskinin sahiblərinə mesaj göndərilməliydi ki, Qarabağda bizi təhdid edə bilməzsiniz və Qarabağda planlaşdırdığımız çalışmaları davam edəcəyik.

 

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam