Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jirinovski Zatulini Qarabağa görə qınadı və dedi-"Bu münaqişə heç vaxt həll olunmayacaq”

Rusiyada Liberal Demokrat Partiyasının (IDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski həmkarı Konstantin Zatulini Azərbaycanın işğal altındakı ərazilərinə etdiyi qanunsuz səfərə və orada Qarabağ münaqişəsinə dair verdiyi bəyanatlara görə qınayıb.

Yenixeber.org: Jirinovski Zatulini və bütövlükdə deputatları Qarabağ münaqişəsinin həllinə dair ehtiyatsız, düşünülməmiş bəyanatlar verməkdən çəkinməyə çağırıb.

“Qarabağda müəyyən siyasi qüvvələrin forumu keçirildi və bizim deputat Zatulin çox təcrübəlidir, amma o orada elə danışdı ki, Ermənistana böyük simpatiya nümayiş etdirdi. Qarabağ məsələsinin həllinə dar əsasən Ermənistanın xeyrinə olan həll layihəsi verdi və bu da Azərbaycanda hiddətə səbəb oldu. Bunu eləmək olmaz, bundan xeyir yoxdur. Bu (Qarabağ münaqişəsi,-red.) ən ağrılı nöqtədir və heç vaxt həll olunmayacaq”,-Jirinovski deyib.

 

LDPR lideri əlavə edib ki, Dövlət Dumasının deputatlarının “həlli olmayan ağrılı nöqtələrə” toxunması arzuolunmazdır.

“Konstantin Fyodoroviç belə bəyanat verməli deyildi, çünki bu (Qarabağ) bizim böyrümüzdədir və kimsə ocağa bir da odun atıb Kataloniyadan betər alovlandıra bilər”,-Jirinovski əlavə edib.

Xatırladaq ki, Jirinovski dəfələrlə Qarabağ münaqişəsinin ancaq Azərbaycanın və Ermənistanın Rusiyanın tərkibinə qayıdacağı halda həll edilə biləcəyini deyib.

Rəsmi Bakı Konstantin Zatulinin Qarabağa qanunsuz səfərinə və orada verdiyi bəyanatlara görə Rusiya tərəfinə etiraz notası verib. Rusiya XİN isə bu səfəri “deputatın şəxsi təşəbbüsü” adlandırıb və rəsmi Moskvanın mövqeyini əks etdirmədiyini bildirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam