Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sarkisyan təcili geri dönür, sabiq general isə “hələ gözləyin” deyir

Hazırda Yaponiyada səfərdə olan Ermənistanın prezidenti Armen Sarkisyan təcili geri dönməyi qərara alıb.

Yenixeber.org: Ermənistan prezidenti bu addımını görüşlərini yekunlaşdırmaqla izah etsə də, təcili geri dönüşünün sərhəddə baş verənlərlə bağlı olduğu iddia olunur.

Bu əsnada, Armen Sarkisyan Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribata da münasibət bildirib. Daha doğrusu, bununla bağlı bəyanatla çıxış edib. O bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində baş verənlər “Azərbaycanın təxribatıdır”. Eyni zamanda, orduya və əhaliyə müraciət edib. “Əmin olun ki, Ermənistan silahlı qüvvələri düşmənə layiqli cavab vermək gücündədir. Azərbaycanın təxribatlarına bütün istiqamətlərdə cavab verməyə hazırdır. Ona görə də, orduya, ölkənin təhlükəsizliyi, sərhədlərin qorunması ilə məşğul olan bütün dövlət qurumlarına və əhaliyə çağırış edirəm ki, onlarla birlikdəyəm və dəstək verirəm”.

Ermənistanın sabiq baş qərargah rəisi, general Movses Akopyan da baş verənlərlə bağlı danışıb. O deyib ki, faktiki hadisələr genişmiqyaslı müharibəyə gətirib çıxarmayacaq.

Qeyd edək ki, Akopyan bir neçə gün əvvəl Yerasx (Arzadəyən) qəsəbəsi ətrafında baş verənlərə münasibət bildirərkən, Azərbaycanın Ermənistana qarşı başqa bir istiqamətdən təzyiq göstərəcəyini, yeni münaqişə ocağının yaranacağını demişdi. Həmin ocağın Kəlbəcər istiqaməti olması barədə verilən suala erməni general “yox hələ” deyə cavab verib. Lakin o, yeni gərginlik ocağı barədə danışmaq istəmədiyini bildirib.(jamaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam