Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

“RUSİYA MƏĞLUB OLMAĞIMIZ ÜÇÜN BİZƏ SİLAH ÖTÜRMƏDİ...” –"18 “TOR” göndərməliydi, cəmi 6-sını göndərdi"

Yenixeber.org: Ermənistanda seçki öncəsi siaysi qüvvələr bir-birilərinə qarşı bütün kartlarını açmağa başlayıblar. Artıq təkcə siyasi partiya və bloklar deyil, onların arxasında duran xarici ölkələr də hədəfə götürülür.

Qarabağdakı separatçı rejimin sabiq müdafiə naziri, separatçıların liderlərindən biri, hərbi cani Samvel Babayan gözlənilmədən 44 günlük müharibədəki məğlubiyyətə görə Rusiyanl sərt tənqid edib.

 

 

Babayan iddia edib ki, Rusiya bilərəkdən Ermənistanın məğlub olmasına şərait yaradıb: “Rusiya bilərəkdən, məğlub olmağımız üçün bizə silah ötürmədi.”

O, deyib ki, hələ Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan 200 milyon dollarlıq kredit götürərək, “TOR” Zenit Raket Kompleksləri sifariş edib. Belə ki, erməni mütəxəssislər məhz “TOR”-ları Azərbaycana qarşı əsas silah kimi təklif ediblər və siyasi rəhbərlik də bununla razılaşıb. 

Lakin Rusiya Ermənistanı bu silahla lazımi sayda təmin etməyib: “Müharibə başlayanda Qarabağda 6 ədəd “TOR” var idi. Daha 18-i, yaxud 24-ü də gətirilməli idi. 6 “TOR”-dan 4-ü Azərbaycanın PUA-ları tərəfindən məhv edilmişdi. Noyabrın 2-də daha 6 ədəd “TOR” gətirildi. Lakin sual yaranır ki, Rusiya ödənişi edilmiş 18 “TOR” göndərməliydi, niyə cəmi 6-sını göndərdi?”

Sonra Babayan daha bir maraqlı məlumatı paylaşır: “Oktyabrın 21-də Rusiya 102-ci hərbi bazadan 6 ədəd “BUK-M1” qurğusu verməyə hazır olduğunu bəyan etdi. Lakin məlum oldu ki, 6 qurğudan 5-i xarab olub. Sonra məlum oldu ki, Rusiyadan təmirçilər yalnız noyabrın 3-də gələ biləcəklər. Qurğular isə təmir olunaraq, noyabrın 10-da bizə təhvil verilə bilər.”

 

 

Separatçıların liderlərindən olan Babayan onu da qeyd edib ki, Nikol Paşinyan istəsəydi də belə, müharibəni daha əvvəl dayandıra bilməyəcəkdi: “26-27 oktyabrda aktiv danışıqlar gedirdi. Həmin danışıqlarda Azərbaycan tərəfi bəyan edirdi ki, Şuşaya qədər getməlidir və belə çıxırdı ki, vaxtı uzatmağa çalışırdı. Paşinyanı müharibəni dayandırmamaqda günahlandıranlar bilməlidirlər ki, müharibənin dayanması Paşinyandan asılı deyildi. Hesab edirəm ki, müttəfiqimiz(Rusiya-red.) vaxtında ödənişi edilən silahı bizə verməyə borclu idi. Və bunu bilərəkdən etmədi ki, biz məğlub olaq”.

Göründüyü kimi, S.Babayan günahı Rusiyanın üzərinə atmaqla, erməniləri məğlubiyyətdən qaçmağın mümkünlüyünə, Moskvanın onlara xəyanət etdiyinə inandırmağa çalışır. Əslində, Ermənistanda bu cür düşünənlər kifayət qədər çoxdur. Belə məlum olur ki, müharibənin bitməsindən 7 aydan çox vaxt keçsə də, ermənilər məğlubiyyətə görə özlərindən başqa hamını günahlandırmaqda davam edirlər.

Konkret olaraq “Qarabağ klanı”nın nümayəndəsi olan Babayanın dediklərinə gəlincə, o da qeyd olunmalıdır ki, separatçıların aparıcı simalarından birinin bu açıqlaması seçki öncəsi daha çox Paşinyanın maraqlarına uyğun gəlir.

 

“azpolitika”   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam